Hadisə 19.10.2020 19:32

Baş Prokuror Aİ-nin nümayəndəsinə erməni təxribatı barədə məlumat verdi - FOTO

Oktyabrın 19-da  Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Rakus.az xəbər verir ki, bu barədə Baş Prokurluğun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Qonaqları salamlayan Baş prokuror Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.

Kamran Əliyev prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sferada Avropa İttifaqının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Baş Prokuror, Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişənin törədilməsini,  o cümlədən mülki əhalinin sıx yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulmasını pisləyən Avropa İttifaqının bəyanatlarını yüksək qiymətləndirmiş, həmçinin münaqişənin mahiyyəti barədə məlumat verməklə sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artileriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində xeyli sayda mülki insanın həlak olması və yaralanmasını xüsusilə vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Kestutis Yankauskas ikitərəfli münasibətlərə toxunaraq Avropa İttifaqının Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Avropa İttifaqının nümayəndəsi ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləmiş, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada ATƏT-in Minsk qrupunun iştirakı ilə baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib.

Həmçinin, Kestutis Yankauskas Avropa İttifaqının Azərbaycanın ərazi bütovlüyü və suverenliyinin tanınmasının təmsil etdiyi qurumun rəsmi sənədlərində dəfələrlə təsdiq edildiyini xüsusilə vurğulanıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının Avropa İttifaqı tərəfindən bəyanatla pislənildiyini bildirməklə, bu hadisələrin dünya ictimaiyyətinə tanıdılması məqsədilə Baş Prokuroluq tərəfindən keçirilmiş brifinqlər, verilən məlumatlar və görülmüş digər tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaqla bu kimi mətbuat konfranslarının tez-tez keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Kestutis Yankauskas missiya rəhbəri kimi Gəncə şəhərində dinc əhaliyə qarşı törədilmiş cinayətləri pislədiyini bir daha xüsusilə qeyd edib. Yekunda maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumatın verilməsi təmin edilməklə, bir sıra digər məsələlər, o cümlədən Avropa İttifaqının  “TAİEX” və “ TWINNING” layihələrinin əhəmiyyəti müzakirə edilmiş, həmçinin faydalı fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO