Hadisə 30.09.2019 17:17

Baş Prokurorluq bu məlumatlara aydınlıq gətirdi

Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verib.

Rakus.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Abşeron rayon sakini Pərviz Həbibovun öldürülməsi faktı üzrə prokurorluq orqanlarında tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirləndirilən şəxs Ələkbər Ağakişiyevin məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cinayətin guya ört-basdır edilməsi, sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə dair informasiyalar yayılmışdır. Həmin məlumatlar həqiqəti əks etdirmmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur və ictimai rəyi çaşdırmaq, prokurorluq orqanlarının nüfuzuna kölgə salmaq məqsədi güdür.

Belə ki, Azərbaycan Həndbol Federasiyasının baş hakimi vəzifəsində işləmiş Ələkbər Ağakişiyevin, bacısının nişanlısı Pərviz Həbibovu ailəsinin ünvanına nalayiq sözlər işlətməsinə görə qisas almaq məqsədi ilə 21 iyun 2018-ci il tarixdə döyərək xəsarət yetirməsi nəticəsində sonuncunun 28 iyun 2018-ci il tarixdə yaşadığı ünvanda vəfat etməsi faktına görə Ə.Ağakişiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə cinayət işi üzrə istintaq tamamlanaraq 24 yanvar 2019-cu il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə Ə.Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Həmin hökm qanunsuz hesab edildiyindən Ə.Ağakişiyevin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə tərəfimizdən apellyasiya protesti verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.

Baş Prokurorluq olaraq həmin qərarla razılaşmayaraq 13 sentyabr 2019-cu il tarixdə tərəfimizdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verilmişdir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO