Baş Prokurorluq təkzib edir
Bir sıra kütləvi informasiya vasitələrində dərc edilmiş “Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşına qarşı şok ittihamlar” adlı məqalədə guya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Samir Musayevin Bakı şəhər sakini Nail İsmayılovdan borc aldığı pul vəsaitini qaytarmamaqla ona hədə-qorxu gəlməsinə dair həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
Rakus.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, prokurorluq orqanlarında, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Samir Musayev adlı şəxs qulluq keçmir.
Eyni zamanda, məlumatda göstərilmiş halların araşdırılması məqsədilə Nail İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilərək izahatı alınıb.