Hadisə 28.12.2020 14:51

Baş Prokurorluq: Ermənistan cinayətkarları cəzalandırmır

Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Rakus.az xəbər verir ki, qurumun mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

“Əvvəllər məlumat verildiyi kimi bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycan və Ermənistan hərbi qulluqçuları tərəfindən törədilməsi güman edilən, döyüş əməliyyatları zamanı həlak olmuş hərbçilərin, mülki şəxslərin meyitləri üzərində təhqiredici hərəkətlər edilməsi, habelə əsir götürülmüş hərbçilər və mülki vətəndaşlarla qeyri-insani rəftarı əks etdirən çoxsaylı videogörüntülər yayılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılan təhlillər zamanı saxta videoçarxlar istisna edilərək reallığı əks etdirməsinə ciddi şübhələr yaranan videogörüntülər, o cümlədən bəzi hallarda əsir düşmüş şəxslərin baş və boğaz nahiyəsinin kəsilməsi yolu qətlə yetirilməsi faktlarının hər biri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Lakin Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə 2 dəfə rəsmi məlumat verilməsinə baxmayaraq qarşı tərəfdən qeyd olanan faktlarla bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırlmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırlması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur.

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olan Azərbaycan hərbi qulluqularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilib.

Hazırda Azərbaycan hərbi qulluqularına qarşı qanuna zidd hərəkətlər, 101 mülki Azərbaycan vətəndaşının öldürülməsi, 423 nəfərə xəsarət yetirilməsi ilə bağlı bütün cinayət işləri üzrə Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən zəruri və intensiv istintaq hərəkətləri aparılır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq işini şəffaf və açıq quran Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə bundan sonra da ictimaiyyətə geniş məlumat verilməsi təmin ediləcəkdir”.

“Azərbaycan Respublikası Baş prokurorluğu hesab edir ki, Ermənistan hüquq mühafizə orqanlarını öz ölkəsinin hərbçiləri tərəfindən törədilmiş cinayət hadisələri ilə bağlı beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq araşdırma aparmalı və dünya ictimaiyyətinə ətraflı məlumatın verilməsini təmin etməlidir”, – mətbuat xidmətindən bildirilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO