Bayden amerikalılara müraciət etdi
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden Ağ Evdəki yer uğrunda davam edən hakimiyyət mübarizəsi fonunda amerikalılara müraciət edib.
Rakus.az xəbər verir ki, o, Delaver ştatının Vilminqton şəhərindəki çıxışında qərargahının seçkilərdə son qələbəsini elan etməyə hələ hazır olmadığını deyib.
Onun sözlərinə görə, Nevada və Arizonadakı səslərin sayılması nəticələrinə əsasən, qazanır.
Demokrat namizəd əlavə edib ki, 270 səs həddi üçün 300 seçici səsini qazanma yolundadır:
“Amerikalı həmvətənlərim, biz hələ qələbə haqqında son bəyanat verməyə hazır deyilik, amma rəqəmlər bizə bunun artıq aydın olduğunu söyləyir… Bu yarışı qazanacağıq”.
Bundan əlavə, keçmiş vitse-prezident tərəfdarlarını səslərin sayılmasının nəticələrini gözləyərkən səbirli olmağa çağırıb.