Sosial şəbəkələrdə ABŞ-ın hazırki Prezidenti Cozef Baydenin 2010-cu ilə aid videosu yayılıb.
Rakus.az xəbər verir ki, o, videoda ABŞ-dakı erməni diasporu fəallarından biri ilə danışır. Söhbət əsnasında Bayden bildirir ki, Ermənistan prezidenti (Serj Sarqsyan – red.) ona zəng edərək, “soyqırımı” məsələsini qabartmamağı xahiş edib.
Bu fakt bir daha sübut edir ki, ermənilər və ilk növbədə də, Ermənistan rəhbərliyi qondarma soyqırımı məsələsindən siyasi məqsədlərlə sui-istifadə edir.