Dünya 17.05.2019 02:22

Bayden Trampa qarşı ən güclü rəqibdir - VİDEO

ABŞ-ın sabiq vitse-prezident Co Bayden 2020-ci ildə keçiriləcək seçkidə prezidentliyə demokrat namizədlərdən çox öndədir.

Rakus.az xəbər verir ki, ən son rəy sorğuları Baydenin vermontlu senator Berni Sanders və digər çox sayda demokrat namizədlərdən daha çox dəstəyə sahib olduğunu göstərir. Buna bir səbəb də demokratların Baydeni gələn ilki seçkidə prezident Donald Trampa qarşı yarışacaq güclü rəqib olaraq görməsidir.

Demokratların öndə gedən namizədi Co Bayden bu həftə səsvermənin erkən keçirildiyi Nyu Hempşir ştatında seçki kampaniyası aparıb.

“Kim olduğumuzu xatırlayaq. Bura Amerika Birləşmiş Ştatlarıdır. Biz hər zaman ağlımıza qoyanı etmişik. Mən artıq bu ölkə üçün mövcud imkanları təxirə salmağı rədd edirəm və biz bu administrasiyaya son qoymalıyıq”, – C.Bayden deyib.

Sabiq vitse-prezident ötən ay namizədliyini irəli sürəndən sonra rəy sorğularında digər namizədlərin önünə keçib.

Buna baxmayaraq, o, aralarında Massaçusets senatoru Elizabet Uorrenin də olduğu çox sayda enerjisi yüksək demokrat namizədə qarşı mübarizə aparır.

“Bizim bu ölkədə böyük sistem dəyişikliyinə ehtiyacımız var”, – Uorren söyləyib.

Uorren aralarında Nyu-Yorkdan olan senator Kirsten Gillibrandın olduğu bir neçə qadın namizəddən biridir.

“Mən Ohayo, Pensilvaniya, Miçiqan və Viskosin kimi ştatlarda qalib gələ biləcəyimi bilirəm. Prezident Trampı məğlub etmək üçün bu ştatlar mühümdür”, – Gillibrand deyib.

Hazırda prezidentliyə namizədlər arasında 20-dən çox demokrat var. Onlar arasında bir neçə azlıq namizəd də var.

Ən son namizədliyini irəli sürən Montana qubernatoru Stiv Ballokdur.

Sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden
Sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden

“Mən Stiv Ballokam və prezidentliyə namizədliyimi irəli sürürəm. Biz sizin yardımınızla demokratiyamızı geri alacağıq” – Ballok bildirib.

Corc Vaşinqton Universitetinin təhlilçisi Mat Dallek: “Bir çox demokrat belə düşünür: birincisi, Tramp məğlub oluna bilər. İkincisi isə ölkədə onun hakimiyyəti altında böyük çətinliklər yaşanır və o, ölkənin böyük hissəsini alçaldır və bunun qarşısı alınmalıdır, bunu da biz etməliyik”.

Belə görünür Tramp demokratların arasındakı mübarizəni izləyir və onun ya Bayden ya da Vermont senatoru Berni Sandersə hücum etmək xoşuna gəlir.

“Qarşınızda ‘Yuxulu Co’ və ‘Dəli Berni’ arasında seçim var və mən onlardan hər hansı birini seçə bilərəm. Gəlin birini seçək”, – Tramp deyib.

Cim Kessler bildirib ki, bir çox demokrat Trampı məğlub etməyin asan olmayacağını dərk edir: “Bu seçki kampaniyasına daxil olanda prezidentin öndə getdiyini düşünməlisiniz, çünki ən azından onun qalib gəlmək şansı 50 faizdir, hətta məncə daha da çox”.

Mat Dallekin sözlərinə görə, Bayden ilk olaraq senator, daha sonra isə vitse-prezident kimi xidmət göstərdiyi üçün uzun karyeraya sahibdir və bu səbəbdən də rəqibləri ona bir çox məsələ ilə bağlı hücum edə bilər: “Məncə, onun prezidentlik uğrunda mübarizəsi çətin olacaq, çünki ona çoxlu hücumlar oluna bilər. Bir tərəfdən daha qısa karyeraya sahib olmağın üstünlükləri var, çünki o zaman sən böyük hədəf olmursan”.

Lakin hələlik Co Bayden demokrat namizədlər arasında öndədir. Bu isə onun daha öncə iki dəfə namizədliyini irəli sürdüyü zamankı mənzərədən çox fərqlidir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO