BB-nın Baş Naziri Aİ liderləri ilə görüşəcək
Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqı liderlərinin görüşü üçün Belçikanın paytaxtı Brüsselə yola düşəcək.
Rakus.az xəbər verir ki, B.Conson Avropa Şurası sammitindən istifadə edərək yenilənmiş müqaviləni imzalayacaq.
Şənbə günü Parlamentin tarixi iclasında razılaşma üçün səsvermə keçiriləcək. Əgər müqavilə parlament tərəfindən təsdiqlənərsə ölkə Aİ-ni oktyabrın 31-də tərk edəcək. Əks təqdirdə Baş Nazir müxalif millət vəkillərinin qəbul etdiyi qanunvericilik şərtlərinə əsasən Brexitin təxirə salınmasını razı olacaq.
Mənbələrdən verilən məlumata görə, Baş Nazir, Şimali İrlandiya üçün yenidən hazırlanmış planını dəstəkləmək üçün Mühafizəkarlar və Demokratik Birlik Partiyalarının nümayəndələrini inandırmağa çalışır. Hər iki qrupun dəstəyi parlamentdə razılıqların əldə edilməsi üçün əsas olacaq.