Elm və təhsil 01.07.2019 12:53

BDU-nun möhtəşəm Məzun Günü oldu - FOTO

“Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib.

Rakus.az xəbər verir ki, Təntənəli tədbirdə universitetin 16 fakültəsi və SABAH qruplarını fərqlənmə diplomu ilə bitirmiş məzunlar dekanları ilə birlikdə zala dəvət ediliblər. Məzunların fakültələrini əks etdirən simvollarla gəlişi böyük maraqla qarşılanıb.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Müvafiq qurumların nümayəndələrinin, rektorların, millət vəkillərinin, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi 100 il ərzində dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər yetişdirdiyini bildirib və ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb. Ulu öndərin təhsilə daim böyük önəm verdiyini, ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Nazir Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb və Parisdə UNESCO-nun baş qərargahında universitetin yubileyinin yüksək səviyyədə qeyd edildiyini bildirib.

Müasir dünyada elmin, təhsilin mühüm rolundan, BDU-nun bu sahənin inkişafında müstəsna xidmətlərindən danışan nazir, bu il universiteti bitirən 5 minə yaxın tələbəyə gələcək həyatlarına uğurlar arzulayıb.

BDU-nun rektoru Elçin Babayev universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Məzunların bacarıqlı bir mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına əminliyini bildirən rektor onları təbrik edib, uğurlar arzulayıb. Məzunlara müraciətlə bildirib ki, “Bakı Dövlət” Ailəsinin üzvü olmağınızla daim fəxr edin, bizləri, bir-birinizi unutmayın.

Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov ölkəmizdə təhsilə xüsusi əhəmiyyət verildiyini vurğulayıb, məzunlara tövsiyələrini verib.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bakalavr səviyyəsinin məzunu və bu il həmin fakültənin magistratura səviyyəsinə qabul olmuş 18 yaşlı magistrantı Turanə Tağıyeva və Kimya fakültəsinin magistrı Əlibala Əliyev çıxış edib, gənclərin təhsilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Sonra təhsil naziri Ceyhun Bayramov və BDU-nun rektoru Elçin Babayev fərqlənmə diplomuna layiq görülmüş tələbələrə diplomlarını təqdim ediblər.

Tədbirdə universitet üzrə ortalama balı ən yüksək – 99,35 olan Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Fatimə Əbdurəhmanovaya universitetin plaketi təqdim olunub.

Hüquq fakültəsinin məzunu Əkbər Əliyev Məzun andını oxuyub və bütün tələbələr universitetin adını həmişə uca tutmağa hazır olduqlarına and içiblər.

Sonra Məzun Gününün bədii hissəsi başlayıb və axşam saatlarına kimi davam edib. Tədbirdə iştirak edən 5 minədək məzun aparıcılar Hüsniyyə və Ramanın təqdimatında bir-birindən maraqlı musiqi nömrələrini, o cümlədən tələbələrin təqdimatına “BDU-rep”i dinləyib, müxtəlif lotereya oyunlarında iştirak edib, mobil telefon, noutbuk, planşet qazanıblar.

Gecədə maraqlı anlar da yaşanıb. Belə ki, saatlar 19:19-u, yəni universitetin yaranma tarixini göstərən vaxtda papaq atma mərasimi həyata keçirilib. 20:19-da, yəni universitetin 100 yaşının tamam olduğu ili göstərən anda isə səhnədə tort masası hazırlanıb və universitetin ilk rektoru olmuş Vasili İvanoviç Razumovski səhnədə görünərək 100 əl əvvəl dediyi sözləri xatırlayıb: “Yaşa, çiçəklən, var ol, Bakı Universiteti!” Elə bu məqamda rektor Elçin Babayevin “Vasili İvanoviç, ölkəmiz də, universitetin də yaşayıb, çiçəklənib, var olub və demək, hamımız arzumuza çatmışıq”, – sözləri zalda böyük coşqu ilə qarşılanıb.

Tədbir şarların səmaya uçurdulması ilə başa çatıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO