BDU-nun tələbələrinin zəhərlənməsi şübhəlidir
“Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə, ətraflı araşdırma aparılmalıdır”.
Rakus.az xəbər verir ki, bununla bağlı təhsil üzrə ekspert Etibar Əliyev sosial şəbəkədə paylaşım edib. Onun fikrini olduğu kimi təqdim edirik:
“Kliniki Tibbi Mərkəzin Baş toksikoloqu Azər Maksudovun Bakı Dövlət Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi barədə dedikəri: “O tələbələr məgər sirkə içiblər? Yox, kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağızdan qan gəlmir. Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə, bu baş verə bilərdi. Botulizm deyil. Bu olsa belə, o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə, ətraflı araşdırma aparılmalıdır”.
Qeyd edək ki, verilən rəsmi xəbərlərdə zəhərlənən qızların ağzından qan gəldiyi bildirilmişdi”.