Hadisə 01.06.2020 13:49

BDYPİ valideynlərə müraciət ÜNVANLADI

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı müraciət yayıb. 

Rakus.az xəbər verir ki, müraciətdə deyilir:

“Hər il Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yol polisi bir sıra maarifləndirici-kütləvi tədbirlər keçirirdi. Lakin bu il COVID-19 pandemiyası ilə əlaqədar belə tədbirlərin təşkili mümkün olmadı. Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi uşaqları qorumaq üçün valideynlərə səslənərək bir çox məqamlara diqqət yetirməyi vacib hesab edir. Uşaqların yol-nəqliyyat hadisələrindən bilavasitə qorunması valideynlərin evdə düzgün təlim-tərbiyə işləri aparmalarından, yol hərəkəti qaydalarını uşaqlara öyrətmələrindən asılıdır. Hesab edirik ki, valideynlər evdə uşaqlara yol hərəkəti qaydalarına dair ilkin bilikləri doğru-düzgün izah etməlidirlər. Hər şey uşaq arabasından başlamalıdır. Təəssüf ki, bəzi valideynlərin bu məsələlərə laqeyd yanaşması, onların səhvi ucbatından hər il Azərbaycanda onlarla uşaq yol qəzalarının qurbanı olur.

2019-cu ildə respublika ərazisində baş verən yol qəzalarında 57 uşaq ölüb, 170-i yaralanıb. Ölən uşaqlardan 24-ü, yaralananlardan isə 45-i 7 yaşadək, ölənlərdən 33-ü, yaralananlardan 125 nəfər isə 7 yaşdan 16 yaşadək olan uşaqlar olub. Həlak olmuş uşaqların 23-ü, yaralıların 90-ı piyada, ölənlərin 21-i, yaralıların isə 66-sı sərnişin qismində olublar. Yəni, onlar nəqliyyat vasitələrində sərnişin qismində olub, qəza zamanı qoruyucu vasitələr olmadığı üçün həyatlarını itirib və ya xəsarət alıblar. Odur ki, nəqliyyat vasitəsi sahiblərinə və valideynlərə tövsiyə edirik ki, avtomobillərdə azyaşlıları daşıyarkən 12 yaşdan yuxarı uşaqların təhlükəsizlik kəmərindən istifadəsini təmin etsinlər. Aşağı yaş qrupunda olanların isə xüsusi uşaq oturacaqlarında daşınmasına önəm versinlər.

Həmçinin uzunmüddətli tətil günlərinin başlanması ilə əlaqədar uşaqlara nəzarət daha da artırılmalı, xüsusilə velosipedlərdən istifadə edən uşaqlara yolun hərəkət hissəsinə çıxmanın yarada biləcəyi təhlükə azyaşlıların başa düşəcəkləri tərzdə onlara izah edilməlidir. Unutmayaq ki, təkcə ötən il ərzində yol qəzalarında ölənlərin 1-i, yaralıların isə 7-i məhz velosipedçi qimində olan azyaşlılar olub”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO