Dünya 05.03.2020 04:45

BƏƏ atom enerjisindən dinc məqsədlə istifadə edir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərəb dünyasında atom enerjisindən dinc məqsədlə istifadə edən ilk dövlət olduğunu elan edib.

Rakus.az xəbər verir ki, bununla əlaqədar ölkənin Nüvə Enerjisi Korporasiyası (ENEC) məlumat yayıb. Qeyd olunub ki, təhlükəsiz, ekoloji cəhətdən təmiz və etibarlı “Bərəkah” AES-in birinci blokuna yanacaq doldurulması uğurla başa çatıb və stansiyanın bir hissəsi işə salınacaq. AES-in işlədilməsini üçün BƏƏ Federal Nüvə Tənzimlənməsi Administrasiyası (FANR) ötən ay müvafiq lisenziya verib.

ENEC-in təmsilçisi Məhəmməd Həmmadi bildirib ki, onun ölkəsi ərəb aləmində ilk dəfə AES-in bir blokunun tikintisini uğurla başa çatdırıb və stansiyanın texniki personalının 90 faizi Cənubi Koreyada kurslarda iştirak etmiş yerli mütəxəssislərdən ibarətdir. Onun sözlərinə görə, stansiyanın istismara verilməsindən əvvəl 255 sınaq və yoxlama keçirilib. Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyi, Dünya Nüvə Operatorları Assosiasiyasının ekspertləri də “Bərəkah” AES-də yoxlamalar aparıblar. Onlar stansiyanın bütün müasir standartlara cavab verdiyini qeyd ediblər.

Əbu-Dabinin Dhəfrə regionunda yerləşən AES-in tam istifadəyə verilməsi üçün işlər davam etdirilir. Artıq digər bloklarda inşaat tamamlanmaq üzrədir. “Bərəkah” AES dörd blokdan ibarət olacaq və BƏƏ-nin elektrik enerjisinə olan tələbatının 25 faizini təmin edəcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO