BƏƏ-dən sonra bir neçə ərəb dövləti İsrail ilə yaxınlaşır
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra daha bir neçə ərəb dövləti İsraillə diplomatik münasibətlərin qurulması istiqamətində danışıqlar aparır.
Rakus.az xəbər verir ki, bu bəyanatla BƏƏ-nin Xarici İşlər naziri Ənvər Qarqaş çıxış edib.
Nazir ABŞ-ın “Atlantic Council” düşüncə təşkilatına virtual müsahibəsində qeyd edib ki, digər ərəb dövlətləri bu danışıqların müxtəlif mərhələsindədir. “Regionumuz strateji parçalanmaya deyil, sabitliyə möhtacdır”, – o vurğulayıb.
Nazir əlavə edib ki, bütün ərəb dövlətlərinin İsraillə saziş bağlamasının əsas şərti Fələstin ərazilərinin ilhaqının dayandırılmasıdır. Yalnız belə olan halda regionda sülhə və sabitliyə nail olmaq mümkündür.
BƏƏ-nin naziri İsraillə münasibətlərin qurulmasının ABŞ-la strateji əlaqələrə də müsbət təsir edəcəyini söyləyib.