Dünya 18.08.2020 17:00

Belarusda “Sfera” telekanalın fəaliyyəti dayandırıldı

Belarusun Jodino şəhərində “Sfera” telekanalının fəaliyyəti dayandırılıb. Kanalın əslən azərbaycanlı olan direktoru Elşad Əkbərov isə işindən uzaqlaşdırılıb.

Rakus.az xəbər verir ki, buna səbəb kimi “piketlərin zorla dağıdılması barədə videoların və xarici reportajların, həmçinin Belarusdakı vəziyyətlə bağlı əcnəbi politoloqların rəylərinin efirə getməsi” göstərilib.

Elşad Əkbərovun sözlərinə görə, avqustun 16-da  kanalın jurnalistləri Jodinoda seçkilərin nəticələrinə dair Dmitri Zablotskinin videomüraciətini yazmaq üçün icra komitəsinə dəvət edilib. Orada rəqəmlər elan edilib – Tixanovskaya üçün 22%, Lukaşenko üçün – 66%. Videomüraciət yazıldıqdan sonra müxbirlərdən avadanlıqları icra komitəsində qoyaraq getmələri istənilib.

“Uzun illər biz kanalımızda “senzuralı kadrlar” göstərmişik, onların böyük hissəsi ölkəmizdəki “gözəl həyata” həsr olunub. Proqramlarımız mütəmadi olaraq ideoloji senzuraya məruz qalıb”,- deyə Elşad Əkbərov bildirib.

Kanalın rəhbəri seçkiqabağı kampaniya dövründə dürüst reportajlar hazırlaya bilmədiklərini deyib:

“Seçkidən sonra şəhərimizdə baş verən özbaşınalıqlar barədə şəhər rəhbərliyi susurdu. İnsanlar tutulur, döyülür, sürüyərək aparılırdılar. Hər kəs özünü elə göstərirdi ki, sanki heç nə olmayıb. Xalq isə reaksiya gözləyirdi. Biz susan telekanal idik. Şəhərimizdə keçən saxta seçkilərdən sonra biz bir süjet belə yayımlamadıq…”

Onun sözlərinə görə, tətil öncəsi xəbərdarlıq mitinqi günü BELAZ-ın girişində, icra komitəsinin sədrinin şəhər sakinlərinin suallarını cavablandıra bilməməsi onların səbrinin son damlası olub.

Bundan sonra “Sfera” telekanalı Jodino Daxili İşlər Nazirliyinin şəhər idarəsinə və Belarusun hüquq-mühafizə orqanlarına həqiqi polis işçilərindən video mesaj yayımlayıb. Telekanal həmçinin tanınmış bloqerlər Varlamov və Katzın proqramlarının yayımına başlayıb.

“İşdən uzaqlaşdırılmağım barədə protokolu hələ imzalamamışam. Mən təslim omaq fikrində deyiləm. Kanalın sosial şəbəkələrində hələ də dürüst xəbərlər yayırıq”, – Elşad Əkbərov bildirib.

 

Bizimlə əla

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO