Elm və təhsil 10.08.2019 12:16

Bəlkə, bir də görüşərik… – Tələbə yazır

 

Hələ 2015-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə sənəd verəndə və sonradan bura qəbul olanda gələcəkdə məni nələrin gözləyəcəyindən xəbərsiz idim. Elə bilirdim ki, sadəcə tələbə olacam, jurnalistikanın sirlərini yiyələnəcəm. Amma gözlədiklərimdən daha çoxu oldu.

Gördüklərim, yaşadıqlarım və tanış olduğum insanlar sayəsində bu məkan tez bir zamanda mənim üçün çox əziz və müqəddəs bir ocağa çevrildi. O qədər gözəl insanlar, öz işini bilən, peşəkar müəllimlər tanıdım ki, bu illər ərzində. Təkcə öz fakültəmizdən də yox, həm də digərlərindən. Məsələn, filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorları Yeganə İsmayılova, Sənan İbrahimov, müasir Azərbaycan dili kafedrasının dosenti Yaşar Məmmədli, mülki müdafiə və həyat təhlükəsizliyi kafedrasının müəllimi Vasif Piriyev, sosial elmlər və psixologiya fakültəsinin sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Müşviq Mustafayev, fəlsəfə kafedrasının müəllimləri Elmar Hüseynov, Oqtay Hüseynov və digərlərinin hər biri bizə cəmi üç ay dərs keçmələrinə baxmayaraq yaddaşımda əbədi qalan insanlara çevrildilər.

Yəqin ki, Yeganə xanımın hər tədbirə, kitab təqdimatına bizi dəvət etməsini, Sənan müəllimin humanistliyini, Yaşar müəllimin zamanın necə keçdiyini bilmədiyimiz maraqlı mühazirələrini, Vasif müəllimin “cavan oğlan” xitabı ilə başlayan müraciətlərini, Müşviq müəllimin təmkinliliyini, sonuncu dərsdə dediklərini, Elmar müəllimin məntiq kimi çətin predmeti maksimum sadələşdirərək izah etməsini, Oktay müəllimin “birlə vahidin fərqdi nədir?” kimi məşhur sualını heç vaxt unutmayacam. Onu da deyim kimi, ixtisasıma müvafiq olaraq  müxtəlif vaxtlarda adını çəkdiyim pedaqoqların üçündən- Yaşar Məmmədlidən, Müşviq Mustafayevdən və Elmar Hüseynovdan öz sahələrinə uyğun müsahibələr almış və beləliklə də, həm də onları daha yaxından tanımağa nail olmuşam.

Bəlkə də, həyatımın ən xoş xatirələrini elə burada yaşamışam. Hər halda hələ ikinci kursda oxuyarkən hörmətli müəllimlərimizdən dosent Mahmud Mahmudovun təşəbbüsü ilə “İlk addım” adlı birinci kitabım çap olundu və fakültəmizdə təqdimatı keçirildi. Şübhəsiz ki, unudulmaz gün idi. Müəllimlərim- dekanımız Vüqar Zifəroğlu, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədli, Ayaz Musayev və digərləri həmişə olduğu kimi həmin gün də yanımda idilər.

Müxtəlif rayonlara səfərlər etdik. Zaman-zaman əsl jurnalistlərə xas şəkildə birlik, həmrəylik göstərdik. Həm çətin, həm də çox xoş günlərimiz oldu. Müəllimlərimizin köməkliyi ilə jurnalistikanın bütün qollarının sirlərinə yiyələndik. Efirlərə çıxdıq, yazılarımız dərc olundu. Fakültəmizin tədris teleradio studiyasında studiya müdirimiz Ramin Rzayevin dəstəyi ilə ideya müəllifi və aparıcısı olduğum “İdmançı” verilişinin ilk buraxılışının çəkilməsi və efirə getməsi, professor Cahangir Məmmədlinin etimad göstərməsi ilə “Qarabağ” qəzetinin üç nömrəsinin iki qoşa səhifəsinin hazırlanmasının mənim rəhbəri olduğum komandaya həvələ edilməsi, fakültəmizin “jurnalistika.info” saytının idarəsinin mənə tapşırılması və başqa hadisələr də unudulmaz sırasında idi.

Burada həm də dostluğu, yoldaşlığı öyrəndik. Əlbəttə, təkcə təhsildə yox, şəxsi sferada da müəyyən olaylar oldu. Etiraf edirəm, onların arasında arzuolunmazlar da var. Amma yenə də BDU-nun Jurnalistika fakültəsində keçirdiyim hər bir dəqiqə mənim üçün əvəzedilməzdir. Bunu əminliklə və tam səmimiyyətimlə deyirəm.

Artıq məzun olmağa hazırlaşırıq. Dörd il geridə qaldı. 100 illik əzəmətli universitetdən, onunla yarı yaşda olan jurnalistika fakültəsindən ayrılmağıma az qalıb. Bunu heç istəməsəm də, zaman heç nəyi gözləmir, heç kimə güzəştə getmir. Bəlkə, bir də görüşərik, doğma BDU, əziz fakültəm və sevimli müəllimlərim.

Ona kimi isə xatirələrlə kifayətlənək…

Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO