Dünya 20.01.2020 23:39

Berlin Sammiti – Liviyanın taleyi – TƏHLİL - FOTO

Almaniya xarici müdaxilənin qarşısını almaq, atəşkəsə nail olmaq və Şimali Afrika ölkəsinin gələcəyinin müəyyən edilməsi üçün siyasi prosesə başlamaq üçün Liviyada uzun illərdir sürən vətəndaş müharibəsində əsas oyunçuları bir araya gətirir.

Rakus.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel 12 ölkənin lideri, BMT, Avropa İttifaqı, Afrika Birliyi və Ərəb Liqasını Berlində bazar günü keçirilən zirvə toplantısına dəvət edib. Almaniyanın aylardır davam etdirdiyi diplomatik kampaniya BMT-nin baş katibi Antonio Quterreş və onun Liviya üzrə xüsusi elçisi Ğassan Salamenin Liviyada döyüşlərin dayandırılması səylərinin gücləndirilməsinə yönəlib.

Berlin sammitində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezideni Emmanuel Makron, İtaliyanın baş naziri Cuzeppe Konte, Britaniyanın baş naziri Boris Conson və ABŞ dövlət katibi Mayk Pompeo iştirak edir. Sammitə dəvət olunan digər ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair, Çin və Konqo Respublikasıdır.

Liviyada iki rəqib tərəfin liderir: baş nazir Fayez Sərrac və general Xəlifə Həftar da sammitə dəvət edilib.

Almaniya kansleri Angela Merkel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Almaniya kansleri Angela Merkel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Zirvə toplantısında hansısa inkişafın əldə edilə biləcəyi aydın deyil. Bununla belə, qarşı tərəflərin bir araya gətirilməsi inkişaf hesab edilsə də, son zamanlar xarici dəstəyin güclənməsi hər iki tərəfi güzəştə getməməyə sövq edə bilər.

2011-ci ildə Liviyanı uzun illər idarə etmiş diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkə xaos və qarışıqlığa sürüklənib. Liviya müxtəlif tərəflərin dəstəklədiyi iki rəqib administrasiya arasında bölünüb: BMT tərəfindən tanınan baş nazir Fayez Sərracın Tripolidə hökuməti və ölkənin şərqində general Həftarın rəhbərlik etdiyi administrasiya.

Həftara sadiq qüvvələr aprel ayından Tripolini ələ keçirməyə çalışaraq hücumlar keçirir. General Həftar Misir, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir, Tripoli hökuməti isə Türkiyədən hərbi dəstək alır.

Almaniya kansleri Angela Merkel və BMT-nin baş katibi Antonio Quterreş
Almaniya kansleri Angela Merkel və BMT-nin baş katibi Antonio Quterreş

Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilən kövrək atəşkəs keçən həftə qüvvəyə minib, lakin tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Almaniyanın əsas prioriteti münaqişədə maraqları olan tərəfləri bir araya gətirmək, Liviyaya silah axınını dayandırmaq və atəşkəsə əməl edildiyinə əmin olaraq, BMT-nin rəhbərliyi ilə Liviyada siyasi prosesi yenidən bərpa etməkdən ibarətdir.

“Liviya konfrasında hər şeydən əvvəl silah embarqosuna yenidən əməl olunduğunu görməliyik, bu, BMT səviyyəsində razılaşdırılıb, lakin təəssüf ki, buna əməl olunmayıb”, –  Almaniya kansleri Angela Merkel bildirib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO