Dünya 16.04.2019 20:49

Beynəlxalq cüdo turniri keçirilir - FOTO

 

Cüdo üzrə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları arasında III “Raquf Orucov Kuboku” beynəlxalq turniri bu gün start götürüb.

Rakus.az xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunan ənənəvi turnirin iştirakçıları, yerli və xarici klubların nümayəndələri, habelə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Yarış iştirakçıları sonra Sumqayıta yola düşüblər. Şəhər rəhbərliyi və yerli ictimaiyyət tərəfindən hörmətlə qarşılanan turnir iştirakçıları buradakı Şəhidlər Xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinə ehtiramlarını bildirib, onların məzarı üzərinə gül dəstələri düzüblər. Polkovnik-leytenant Raquf Orucovun məzarı önünə əklil qoyulub.

Anım mərasiminin iştirakçılarına igid zabitin döyüş yolu haqqında məlumat verilib. Azərbaycan Cüdo Federasiyasının rəsmisi Sahib İsmayılov şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb. Federasiya nümayəndəsi bildirib ki, şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifəmizdir.

İgid kəşfiyyatçının döyüş yoldaşı, ehtiyatda olan kapitan Rasim Fərşidov isə şəhid polkovnik-leytenant Raquf Orucovla bağlı xatirələrindən danışaraq onun mərd, qəhrəman və vətənini canından çox sevən bir komandir olduğunu bildirib. Rasim Fərşidov Raquf Orucovun 2016-cı il aprel ayının əvvəllərində Tərtər istiqamətində gedən döyüşlərdə düşmənin cəbhədə yaratdığı təxribatların qarşısının alınmasında fədakarlıq göstərərək şəhid olmasından, onun bir kəşfiyyatçı kimi həyata keçirdiyi uğurlu əməliyyatlar barəsində ətraflı məlumat verib.

Yarış təşkilatçılarına minnətdarlığını bildirən şəhidin qardaşı Zabil Orucov Qarabağ uğrunda döyüşmüş qəhrəmanların gələcək nəsilə tanıdılmasında bu cür yarışların, tədbirlərin müstəsna rol oynadığını, eyni zamanda hər bir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda böyüməli olduğunu vurğulayıb. Qardaşının 26 il vətənin keşiyində qüsursuz xidmət etdiyini bildirən Zabil Orucov onun şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə “İgidliyə görə” medalına layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbir iştirakçılarının çıxışlarından sonra şəhidlərin ruhuna dua oxunub. Sumqayıtdan qayıdan idmançılar turnirin təşkilatçısı – “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunda yarışın Hakimlər Komitəsi üzvlərinin nəzarəti altında çəki qeydiyyatından keçiblər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin seçmə mərhələsi sabah saat 10.00-dan Bakı İdman Sarayında başlanacaq. Saat 17.00-da isə turnirin rəsmi açılışı keçiriləcək. Sonra finala çıxan komandalar turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.

Tədbirdə dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.

XƏBƏR LENTİ
Müsahibə / 30.10.2023 20:20
“Qərbi Azərbaycana qayıdış mərhələli şəkildə həyata keçiriləcək” - FOTO - VİDEO
Gündəm / 30.10.2023 12:15
Turnirin 3-cü turu – yaddaqalan məqamlar - FOTO
İdman / 30.10.2023 11:00
Üçüncü tur – epizodlar, qollar, bombardirlər, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman / 29.10.2023 23:01
Üçüncü tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Hərbi / 29.10.2023 21:26
Qərbi azərbaycanlı qəhrəman haqqında bilinməyənlər - VİDEO
İdman / 28.10.2023 21:31
“Loru-Borçalı” adını yarımfinalçılar sırasına yazdırıb
Gündəm / 28.10.2023 19:50
Bayandur xanın məzarı yerləşən Toxluca kəndi
Hadisə, Maraqlı, Video müsahibə / 27.10.2023 20:00
“Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam…” - FOTO - VİDEO
Maraqlı, Sosial / 27.10.2023 14:24
“Qaraçantalı 11 yaşlı uşağın daşlaşmış xatirəsi” – ANONS
Sosial / 27.10.2023 11:52
“Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı” – OĞULUN QEYDLƏRİ
İdman / 27.10.2023 10:36
Şəhid jurnalistlərin Xatirə Turnirində son tur həftəsonu yekunlaşır - FOTO
Mətbuat / 27.10.2023 07:29
Etibarlı istinad mənbəyinə çevrilən 9 yaşlı “Report”
Dünya, Siyasi / 26.10.2023 19:40
Avropa İttifaqının müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər - FOTO - VİDEO
Dünya, Siyasi / 26.10.2023 14:04
Ermənilərin və avropalı missonerlərin fırıldağı – ANONS - VİDEO
Siyasi, Sosial / 25.10.2023 19:56
“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - FOTO - VİDEO
Mətbuat / 25.10.2023 18:21
MEDİA Agentliyində Türkiyə İnternet Media Birliyinin rəsmiləri ilə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 25.10.2023 16:28
Avropalı vasitəçilərə etimadsızlıq – Nəticəsiz qalan təşəbbüslər – TƏHLİL
Hadisə, Mətbuat / 25.10.2023 14:23
Ermənilər Ağinə niyə Türkiyədən köçürülüb? – ANONS - VİDEO
Gündəm, Siyasi / 24.10.2023 20:11
Erməni alim saxta tarix düzəldənlərin gizli əməlini ifşa etdi - FOTO - VİDEO
Siyasi / 24.10.2023 19:05
“Erməni alimləri yazırlar ki, tarixdə “Böyük Ermənistan” olmayıb” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 24.10.2023 12:59
Nərimanlı gəncləri dövlətçiliyin güclənməsinə töhfə verirlər - FOTO
İdman / 24.10.2023 10:17
İkinci tur oyunlarının XÜLASƏSİ - VİDEO
İqtisadi, Video müsahibə / 23.10.2023 21:00
“Ermənistanı 85 faiz kənd təsərrüfatı məhsulları ilə azərbaycanlılar təmin edib”– MÜSAHİBƏ - VİDEO
İqtisadi, Müsahibə / 23.10.2023 14:03
“Ardanış Alban türklərinin yaşadığı qədim yaşayış məskənidir” – ANONS - VİDEO
İdman / 23.10.2023 12:59
Turnirin 2-ci turu – yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı / 23.10.2023 10:17
İkinci turun mənzərəsi: epizodlar, qollar və bombardirlər – CƏDVƏL - VİDEO