Beynəlxalq Kosmik Stansiyaya tualet çıxarıldı
İyirmi üç milyon dollar dəyərindəki tualeti daşıyan “Cygnus” kosmik vasitəsi Beynəlxalq Kosmik Stansiyasına (BKS) çatıb.
Rakus.az xəbər verir ki, müxtəlif qidalar və əsas ehtiyaclar başda olmaqla elmi tədqiqatlar üçün təchizat və cihazları da daşıyan kosmik vasitənin BKS-ə robotlaşdırılmış qol ilə birləşdirilməsi prosesi başlayıb.
BKS-ə ötürüləcək yüklər arasında turp yetişdirmə qabı və stansiyanın xarici səthindəki görüntüləri çəkəcək panoram kamerası da var. Təqribən 3,4 ton ağırlığında yük daşıyan kosmik gəmi orbitə çıxıb. NASA sıfır cazibə qüvvəsinə uyğun hazırlanan 23 milyon dollarlıq tualeti stansiyaya sınaq məqsədilə göndərib.
Gələcəkdə tapşırıq məqsədilə Aya gedəcək astronovtlar ondan istifadə edəcəklər. NASA-nın Universal Tullantıların İdarəetmə Sistemi (UWMS) adını verdiyi tualet “Cygus”un içində yer alan yük kapsulunun daxilində stansiyaya çatdırılıb.