Elm və təhsil 24.07.2019 17:52

Bəzi ixtisaslar üzrə ballar aşağı düşə bilər – DIM

Konkret hər hansı ixtisas üzrə keçid balının necə dəyişəcəyini demək olmaz. Amma ümumi nəticələr göstərir ki, 1-ci və 4-cü ixtisas qruplarında hər hansı ixtisas üzrə keçid balları ötən illə müqayisədə 20-50 bal daha aşağı formalaşa bilər. Təbii ki, bunu bütün ixtisaslara aid etmək olmaz.

Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə ali məktəblərə qəbul üçün keçid ballarının aşağı enəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

X.Xanlarzadə əlavə edib ki, keçid ballarının formalaşması bir neçə amildən – abituriyentlərin, plan yerlərinin sayından və imtahan nəticələrindən asılıdır: “Məsələn, bu il I ixtisas qrupu üzrə 15 223 plan yeri var. Ötən il isə bundan 748 yer az – 14 475 plan yeri ayrılmışdı. Bundan əlavə, dövlət sifarişli plan yerlərinin sayında ötən illə müqayisədə kəskin artım var. Bu il I qrupda 9351 yer dövlət sifarişi əsasında olacaq. Ötən il isə bu, 5731 yer idi, yəni bu il 3620 yer ötən ildəkindən çoxdur. Sadaladığım bu amillər hər hansı bir ixtisas üzrə formalaşmış keçid balına təsir göstərəcək”.

DİM rəsmisi qeyd edib ki, bu il I qrupda 10 524 abituriyent 200 və daha yüksək, 15 101 abinturiyent 150 və daha yüksək bal toplayıb. Ötənilki qəbul imtahanlarında 200 və daha yüksək balı 13 169, 150 və daha yüksək balı 16 649 abituriyent toplamışdı: “Bu, onu göstərir ki, həmin intervalda bal toplayanların sayı keçən ilə nisbətən azalıb. Burada məntiq odur ki, plan yeri artırsa, hər hansı ixtisas üzrə keçid balı aşağı düşə bilər. Abituriyentin sayı azalırsa, hər hansı ixtisas üzrə daha aşağı müsabiqə şərti formalaşacaq. Plan yerlərinin artması, abituriyentlərin sayının azalması birbaşa keçid balına təsir edir” .

X.Xanlarzadə qeyd edib ki, bu il 590 və daha yüksək bal toplayanlarlar dövlət sifarişi əsasında “Müalicə işi” ixtisasına qəbul ola bilərlər:

“IV ixtisas qrupunda ən populyar ixtisas “Müalicə işi”dir. Bu il dövlət sifarişli plan yerlərində Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı üçün “Müalicə işi” ixtisası üzrə 550 yer ayrılıb. Bunun 100 yeri Moskva Dövlət Universitetinin Bakı filialına aiddir”.

XƏBƏR LENTİ
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu?
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO