Elm və təhsil 06.12.2024 22:00

“Məktəbdə dərs deyirdim, yoldaşım gəldi ki, saqqallı ermənilər hamısı kəndə dolub” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Atamgil Stalinin göstərişi ilə qatarla Sabirabada gətirilib” adlı veriliş Zəngibasar mahalının eyni adlı rayonunun Sarvanlar kənd sakini Zəhra Sadıqovanın həyat hekayəsinə həsr olunub.

O, 1957-ci ildə dünyaya göz açdığını, uşaqlıq, məktəb illərinin o kənddə keçdiyini, pedaqoji təhsil aldıqdan sonra doğma kəndində coğrafiya müəllimi kimi fəaliyyət göstərdiyini və ailə qurub ev-eşik sahibi olduğunu deyib.

Onun sözlərinə görə, nəslinin qaçqınlıq tarixi 1918-ci ildən başlayır: “Andranikin qoşunları tərəfindən ilk dəfə didərgin salınan ailə İranın Xoy şəhərinə pənah aparıb. İkinci qaçqınlıq Stalinin göstərişi ilə 1950-ci illərdə baş verib və ailə Sabirabad rayonuna köçməyə məcbur olub. 1988-ci ildə isə üçüncü və ən ağrılı köç başlayıb. Həmin ilin fevralından başlayan məkirli oyunlar bizim İravan şəhərinə getməyimizə artıq imkan yaratmadı. Biz tükənmiş bir vəziyyətdə yaşayırdıq. Kəndlərdə vəziyyət gərginləşməyə başladı. Noyabrın sonlarında 500-dən çox ailə ilə birgə kəndi tərk etməyə məcbur qaldıq. Mən 3 azyaşlı övladımı götürüb əvvəlcə Naxçıvana, sonra isə Bakıya gəldik”.

Sarvanlar kənd sakini erməni məkrliyi və vəhşiliyindən də söz açıb: “Rayonda ermənilər 37 yaşlı azərbaycanlını öldürdülər. Hər il aprelin 24-də ermənilər İravanın mərkəzində olan fontanları qırmızı rəngə boyayırdılar ki, bu, onların qanıdır, guya türklər və azərbaycanlılar axıdıblar. Əzizbəyovun şəhərdəki heykəlini gizlədərdilər, bir aydan sonra dövlət tərəfindən yenidən gətirib yerinə qoyulardı. Orada yaşayan azərbaycanlılar hər zaman erməni təcavüzünə, şiddətinə rast gəliblər”.

Z.Sadıqova sonda 36 ildir Vətən həsrəti ilə yaşadığını, doğma yurda qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib: “Ağrı dağının ətəyində, Araz çayı və Zəngi çayının qovşağında yerləşən kəndimizdə Ağadədə və Qarapir kimi müqəddəs ziyarətgahlar mövcud idi. 1975-ci ildən sonra rayonun adını dəyişdirib Masis qoydular və bölgəyə kütləvi şəkildə ermənilər köçürüldü. Orada bizim tariximiz var. Biz nənə-babalarımızın, qohum-əqrabamızın qəbirlərini yenidən bərpa eləmək istəyirik. Əminəm ki, mən bu günləri görəcəm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 6-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 06.12.2024 22:00
“Məktəbdə dərs deyirdim, yoldaşım gəldi ki, saqqallı ermənilər hamısı kəndə dolub” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 13:48
“Bir nəslin üç qaçqınlıq tarixi” – Zəhra Sadıqovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.12.2024 22:12
Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi - FOTO - VİDEO
Gündəm, Siyasi / 05.12.2024 17:31
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü – YENİLƏNİB - FOTO
Siyasi / 05.12.2024 16:56
İbrahim Bayramov: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq”
Siyasi / 05.12.2024 14:10
İrəvanın götürəcəyi öhdəliklər – ANONS - VİDEO
Gündəm / 05.12.2024 09:24
İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Siyasi, Sosial / 05.12.2024 08:05
Deputatdan təklif: “Qərbi azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsın”
Elm və təhsil, Mədəni / 04.12.2024 22:39
“Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 04.12.2024 13:33
“Çar Rusiyasının İrəvan siyasəti” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.12.2024 22:29
Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl, Ayğırgöl – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 18:30
“Sovet dərsliklərində heç vaxt İrəvan xanlığının adı çəkilməyib” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.12.2024 14:22
Ermənistan parlamentinin Ayarlı qərarı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 13:12
İrəvan memarlığının incisi necə məhv edilib – ANONS - VİDEO
Dünya, Siyasi / 03.12.2024 11:14
Gürcüstan inqilab astanasında - FOTO - VİDEO
Müsahibə / 02.12.2024 21:41
“SSRİ dövründə 20 min km² Azərbaycan ərazisi Ermənistana qanunsuz verilib” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 02.12.2024 13:44
Manqurt – şüursuz kölə nəzəriyyəsində Çingiz Aytmatov ucalığı – Qoşqar Vəli yazır
Mətbuat, Siyasi / 01.12.2024 17:41
Paşinyanın müharibə planına “Tbilisi” baryeri - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 30.11.2024 20:45
“Qərbi Azərbaycanda qışa hazırlıq adətləri və mərasimləri” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 30.11.2024 14:52
“Qışda düyü yeyilmirdi…” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2024 22:07
“Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 29.11.2024 17:50
Cənubi Qafqazda kölgə oyunu - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2024 13:33
“Kruqlaya Şişkadan uzanan qaçqınlıq yolu” – Vüqar Hacıyevin “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 28.11.2024 22:40
Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? - FOTO - VİDEO
İdman / 28.11.2024 17:59
Yeddi yaşlı Miryusifin Tbilisidə karate uğuru - FOTO
Siyasi, Sosial / 28.11.2024 15:58
Qayıdış hüququ mövzusunda 2-ci beynəlxalq konfrans keçiriləcək