Birmotorlu təyyarə Ağ evin hava məkanını pozdu
Noyabrın 26-da birmotorlu təyyarə ABŞ Prezidentinin inzibati iqamətgahının ətrafındakı hava məkanının təhlükəsizliyini pozduqdan sonra ABŞ-ın məxfi xidmət orqanları təxminən 30 dəqiqəliyə Ağ evin ərazisini mühasirəyə alıb.
Rakus.az xəbər verir ki, təyyarə Ağ evin ətrafında uçuş qadağan edilmiş perimetrə daxil olduqdan dərhal sonra məxfi xidmət orqanlarının əməkdaşları Ağ evin ərazisini və Kapitoli binasını mühasirəyə alıblar. Bir qırıcı təyyarə havaya qaldırılıb, amma o, insidentsiz yerə enib. Yarım saatdan sonra ərazinin mühasirəsi başa çatıb.
Aerokosmik müdafiə sisteminin Şimali Amerika komandanlığının nümayəndələri bildiriblər ki, bu obyekt “düşmən təyyarəsi deyildi”.
Şükranlıq günü ilə əlaqədar, bu həftə bütün Konqres məzuniyyətdədir və noyabrın 26-da qanunvericilərin əksəriyyəti Konqresin binalarında olmayıblar.
Ağ evi əhatə edən hava məkanı çoxdan bəri kommersiya uçuşları və özəl uçuşlar üçün bağlıdır. Bu məkan məxfi xidmət orqanları və ABŞ parklar polisi tərəfindən diqqətlə qorunur.