Dünya 04.06.2020 22:07

Biz 70 milyon miqrantı və qaçqını qorumalıyıq – BMT

BMT-nin Baş katibinin növbəti bəyanatı pandemiya şəraitində qaçqınların və miqrantların müdafiəsi mövzusuna həsr edilib. Antonio Quterreş vurğulayıb ki, bu gün üçqat təhdidə məruz qalan insanların dəstəklənməsi bütün cəmiyyətin mənafelərinə uyğundur.

Rakus.az xəbər verir ki, Baş katib vurğulayıb: “Heç bir ölkə təkbaşına nə pandemiyanın, nə də miqrasiya böhranının öhdəsindən gələ bilməyəcək. Lakin biz əlbir olsaq, virusun yayılmasını ləngitməyə, əhalinin ən həssas qrupları üçün onun nəticələrini yumşaltmağa və elə etməyə nail ola bilərik ki, bərpadan sonra istisnasız olaraq bütün vətəndaşların həyatı yaxşılaşsın”.

Baş katib daha sonra deyib: “COVID-19” təhlükəsi miqrantlara və qaçqınlara münasibətdə ksenofobiyanın, irqçiliyin genişlənməsinə səbəb olub. Qadınlar və qızlar daha pis vəziyyətdədir. Onlar zorakılıq və istismar təhlükəsinə məruz qalır”.

Quterreş böhran şəraitində başqa insanların ləyaqət hissinə hörmət etməyə çağırıb və hərəkətin məhdudlaşdırılmasına, sərhəd nəzarətinin güclənməsinə baxmayaraq, qaçqınların müdafiəsinə dair beynəlxalq prinsiplərə tam riayət edən ölkələri nümunə göstərib.

BMT rəhbəri xatırladıb ki, hər kəs “COVID-19”dan müdafiə olunmayınca heç kəs özünü təhlükəsizlikdə hiss edə bilməz, buna görə də diaqnostik və dərman preparatları, eləcə də virusa qarşı vaksin hamı üçün əlçatan olmalıdır.

Antonio Quterreş miqrantların malik olduğu potensialı dövlətlərə xatırladaraq deyib: “Qaçqınlar və miqrantlar çoxsaylı problemlərlə üzləşdiklərinə baxmayaraq, fədakarcasına çalışır, həyati əhəmiyyətli işlər görürlər. Məsələn, bütün dünyada tibb bacılarının orta hesabla 8 nəfərindən biri doğulduğu ölkədən başqa yerdə çalışır”.

Baş katib hökumətlərə müraciətlə miqrasiya prosesini tənzimləyən tədbirlər görməyə, pul baratları göndərilməsi xərclərini azaltmağa çalışıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO