Dünya 01.03.2020 22:53

BMT: 13 mindən çox miqrant sərhədə toplaşıb

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Türkiyə prezidentinin ölkədəki qaçqınların Avropaya getməsinə icazə verildiyini bildirməsindən sonra 13 mindən çox miqrantın Türkiyə-Yunanıstan sərhədində toplaşdığını bildirib.

Rakus.az xəbər verir ki, “Kiçik uşaqlı ailələr də daxil olmaqla, minlərlə miqrant soyuq gecədə Türkiyə və Yunanıstan sərhədini keçir”, Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında deyilir.

BMT agentliyi işçilərinin İstanbuldan insanların hərəkətini qeydə aldığını və ehtiyacı olanları humanitar yardımla təmin etdiyini bildirib.

“Şənbə günü axşama qədər Türkiyə və Yunanıstan arasında 212 kilometrlik sərhəddə və paytaxtda çalışan işçilər rəsmi sərhəddəki Pazarküle və İpsala keçidləri və qeyri-rəsmi sərhəd keçidlərdə azı 13 min miqrantın toplaşdığını müşahidə ediblər”, bəyanatda qeyd edilib.

Agentlik işçilərinin “onlarla insandan və 3 mindən çox adamdan ibarət qrupları” müşahidə etdiklərini bildirib.

“Edirneden sərhədə doğru gedən miqrantların sayı gün ərzində İstanbuldan avtomobillər, taksilər və avtobusların gəlməsi ilə artıb” – deyə, Beynəlxalq Miqrasiya Təşkilatının Türkiyədəki missiyasının rəhbəri Lado Qvilava bəyanatda bildirib.

Onların çoxu kişilərdir, lakin biz uşaqlarla yola çıxan çox sayda ailələr də gördük”, o əlavə edib.

Miqrantlar Türkiyə-Yunanıstan sərhədində Pazaküledə toplaşıb, 29 fevral, 2020.
Miqrantlar Türkiyə-Yunanıstan sərhədində Pazaküledə toplaşıb, 29 fevral, 2020.

Miqrantların kütləvi şəkildə sərhədə doğru hərəkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqına Suriya münaqişəsi ilə bağlı təzyiq vasitəsi kimi qaçqınların Avropaya getməsinə imkan verməsi ilə hədələməsindən sonra başlayıb.

Suriya münaqişəsində qarşı tərəfləri dəstəkləyən Türkiyə və Rusiya Türkiyə əsgərlərinin hava hücumları nəticəsində öldürülməsindən sonra yaranmış gərginliyin azaldılması məqsədi ilə danışıqlar aparıb. Moksva və Ankara arasında gərginlik müharibənin genişlənməsi və Avropada yeni miqrasiya böhranının yarana bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Sərhəd bölgəsində Yunanıstan polisi və bir neçə min miqrant arasında qarşıdurma yaranıb.

Yunanıstan 2015-ci ildə əksəriyyəti Suriyada vətəndaş müharibəsi qaçqınları olan təxminən bir milyon miqrant üçün Avropa İttifaqının əsas giriş nöqtəsi idi.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO