Dünya 24.07.2020 17:48

BMT Baş Assambleyası sentyabrın 15-də açılır

BMT Baş Assambleyasının 75-ci sessiyası rəsmi olaraq sentyabrın 15-də açılacaq.

Rakus.az xəbər verir ki, yeni sessiyanın ilk günlərində əsasən prosedur məsələlər, o cümlədən Assambleyanın altı əsas komitəsi arasında gündəliyin bölüşdürülməsi ilə bağlı məsələlər həll ediləcək.

İllik ümumi müzakirələr – sessiyanın ən vacib hissəsi – sentyabrın 22-də başlayacaq. Ənənəyə uyğun olaraq, sessiyanı Braziliya açır, ardınca BMT-nin qərargahının ərazisində yerləşdiyi ölkə kimi ABŞ çıxış edir. Bir qayda olaraq, həmin həftədə dövlət və hökumət başçıları Nyu-Yorka gəlirlər. Amma bu il Baş Assambleya istisna hallarda dövlətlərin əvvəlcədən yazılmış video çıxışlarını göndərməsinə imkan yaradacaq. Bu videoçarxlar konfrans salonunda çıxış edənlərin siyahısı və prosedur qaydalarına uyğun olaraq yayımlanacaq. Bilavasitə Baş Assambleya zalında olan nümayəndələrin sayı məhdud olacaq.

Müzakirələr ərəfəsində – sentyabrın 21-də eyni formatda BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli iclas keçiriləcək. Bundan əlavə, Yüksək Səviyyə Həftəsi (bu il bir qədər uzadılıb) çərçivəsində daha üç yüksək səviyyəli görüş planlaşdırılır. Sentyabrın 30-da Biomüxtəliflik Sammiti, oktyabrın 1-də qadın hüquqları haqqında Pekin Bəyannaməsinin 25 illiyinə həsr olunmuş iclas, oktyabrın 2-də isə nüvə tərksilahına dair iclas keçiriləcək.

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri qismində türkiyəli diplomat və siyasi xadim Volkan Bozkır seçilib.

Xatırladaq ki, BMT Baş Assambleyası BMT-nin əsas müzakirə qurumudur. Buraya təşkilatın bütün üzv dövlətlərinin nümayəndələri daxildir və onların hər biri bir səsə malikdir. Sülh və təhlükəsizlik məsələləri və ya yeni üzvlərin qəbulu kimi vacib məsələlərə dair qərarlarda üçdə iki səs çoxluğu tələb olunur. Digər məsələlərə dair qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO