Dünya 22.05.2020 10:47

BMT COVID-19-la əlaqədar qlobal kampaniyaya başladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) COVID-19-la əlaqədar artmaqda olan dezinformasiyaya qarşı mübarizə aparmaq üçün etibarlı, dəqiq məlumatların həcmini çoxaltmaqla ‘Verifed’ (Yoxlanmış) adlı qlobal kampaniyaya başlayıb.

Rakus.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Təşəbbüsü BMT-nin Baş katibi António Quterreş təqdim edib: “Virtual məkanlarımızı yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməliyik. Dezinformasiya onlayn məkanda, ünsiyyət proqramları və insanların bir-birinə ötürməsi nəticəsində geniş yayılmaqdadır. Bu kimi məlumatların müəllifləri, cəlbedici məhsullardan və yayma metodlarından istifadə edirlər. Buna qarşı mübarizə aparmaq üçün alimlər və Birləşmiş Millətlər Təşkilatı kimi təsisatlar insanları etibarlı və dəqiq məlumatlarla təmin etməlidirlər”.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin idarə etdiyi “Verified” təşəbbüsü üç mövzu ətrafında məlumat verəcək:

– həyatları xilas etmək üçün – elm;

– yerli və qlobal əməkdaşlığı təşviq etmək üçün – həmrəylik;

– təsirə məruz qalmış əhaliyə dəstək olmaq üçün – həllər.

Təşəbbüs həmçinin iqlim böhranının həllinə, eləcə də yoxsulluq, bərabərsizlik və aclığın səbəblərini aradan qaldırmağa yönələn bərpa proqramlarını da təşviq edəcək.

Təşəbbüs dünyadakı insanları, onların ailələri və icmalarını düzgün informasiya ilə təmin etmək üçün əsaslandırılmış məzmun paylaşmaq istiqamətində “informasiya könüllüləri” olmağa çağırır. Rəqəmsal məkanda öncül rol oynayan könüllülərə hər gün səhv məlumatı birbaşa təkzib edən ya da informasiya boşluğunu dolduran və sosial media üçün uyğunlaşdırılmış, habelə məzmun baxımından yoxlanılmış xəbərlər göndəriləcək.

Qlobal Kommunikasiyalar Departamenti COVID-19-la əlaqəli nifrət və zərərli ifadələrin kökünü kəsmək üçün sosial media platformaları ilə işləyəcək, eləcə də etibarlı məzmunu yaymaq üçün BMT agentlikləri, BMT-nin ölkə üzrə idarə heyətləri, ictimai rəyə təsir gücünə malik insanlar, vətəndaş cəmiyyəti, biznes və media təşkilatları ilə tərəfdaşlıq edəcək: “Bir çox ölkələrdə rəqəmsal kanallar üzərindən yayılan yanlış məlumatlar ictimai səhiyyə tədbirlərinə mane olur və iğtişaşların ehtimalını artırır. Böhrandan nativizm (şovinizm) meyllərini artırmaq və ya azlıq qruplarını hədəfləmək üçün istifadə etmək cəhdlərinə dair daxil olan məlumatlar narahatlıq doğurur. Belə hallar cəmiyyətlərdəki gərginlik böyüdükcə və iqtisadi və sosial çətinliklər artdıqca daha da dərinləşə bilər,” Qlobal Kommunikasiyalar üzrə Baş katibin müavini Melissa Fleminq qeyd edib. “Verified təşəbbüsü, eyni zamanda, yerli səviyyədə humanizm yanaşmalarını, qaçqın və miqrantların töhfələrini nəzərə alan və qlobal əməkdaşlığa xidmət edən ümid yaradan məzmundan istifadə edərək sözügedən meylləri həll etmək üçün çalışacaq”.

Təşəbbüs dünyanın aparıcı sosial səfərbərlik təşkilatlarından biri olan Purpose ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Təşəbbüsü IKEA Fondu və Luminate də dəstəkləyir.

IKEA Fondunun proqramlar üzrə baş nümayəndəsi Patrisia Atkinson bildirib: “COVID-19 pandemiyası ictimai səhiyyə sahəsində misli görünməmiş qlobal böhrandır. IKEA Fondu hər bir şəxsin ailəsini və yaxınlarını etibarlı qoruması üçün tələb olunan tutarlı elmi dəlil və məsləhətlərə çıxışı təmin etmək məqsədi daşıyan Verified təşəbbüsünü dəstəkləməkdən qürür duyur.”

Luminate şirkətinin İdarəedici direktoru Nişant Lalvani bunları söyləyib: “COVID-19 dəqiq, etibarlı məlumatlara çıxış imkanının qorxu və dözümlülük, parçalanma və birlik, hətta həyat və ölüm arasındakı fərqi əks etdirdiyini xatırladır. Dünya əhalisini və icmaları qorumaq üçün etibarlı, elmə əsaslanan məlumatları sürətlə yayaraq koronavirus ‘infodemiyası’ ilə mübarizə işinə töhfə verən Verified təşəbbüsünü dəstəkləmək bizim üçün şərəfli vəzifədir”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO