BMT İnsan Haqları Şurasında irqçilik müzakirə ediləcək
BMT-nin İnsan Haqları Şurasının 43-cü iclasında iştirak edən nümayəndə heyəti çərşənbə günü Birləşmiş Ştatlarda sistematk şəkildə davam edən irqçilik və polis qəddarlığına dair təcili debat keçirəcək.
Rakus.az xəbər verir ki, təcili debatın keçirilməsinə mayın 25-də ABŞ-ın Minneapolis şəhərində afro-amerikalı Corc Floydun polis nəzarətində olduğu zaman ölümündən sonra mübahisələrə səbəb olan faciəli hadisələr səbəb olub.
İnsan Haqları Şurasının 14 illik tarixində belə bir debat beşinci dəfədir keçirilir. Avstriya səfiri Elisabet Tiçi-Fisslbergerqə göndərilən debata tələb məktubunu Afrika xalqları Şurasının 50-dən çox prezidenti imzalayıb.
Məktubda deyilir ki, Corc Floydun ölümü yeganə hal deyil. Digər insanlar da polisin nəzarətsiz qəddarlığı səbəbi ilə eyni aqibətlə üzləşib.
Afrika ölkələri şuranı təcili olaraq bütün dünyadakı Afrika mənşəli insanlara qarşı sistematik irqçiliyə qarşı çıxmağa çağırıb.
Tiçi-Fisslberger Amerikanın Səsinə müsahibəsində irqçiliklə bağlı müzakirələrin yalnız bir ölkəyə aid olmadığını, başqa yerlərdə də araşdırılacağını deyib.
“Deyəndə ki, bu, ABŞ-a qarşı deyil, mən demək istədim ki, bu, dünyanın bir çox ölkəsində var, təbii ki, Avropada da irqçiliklə bağlı şikayətlər var. Bu, dünyanın hər yerində var. İnsanların dediklərinə qulaq assanız, fərqli ölkələrdə fərqli halların olduğunu görərsiniz” – deyə, o bildirib.
Tiçi-Fisslberger ABŞ-ın şuranın üzvü olmadığını və adətən şura iclaslarına qatılmadığını bildirib. O, ABŞ nümayəndə heyətinin müzakirələri son zamanlar edildiyi kimi veb-kanal vasitəsilə izləyəcəyini deyib.