Dünya 08.11.2020 14:00

BMT uşaqları qızılca və poliomielitə qarşı peyvənd etməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunda (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) hesab edirlər ki, koronavirus pandemiyası uşaqların peyvənd olunmasına mane olmamalıdır.

Rakus.az xəbər verir ki, qurum poliomielit və qızılca epidemiyasının qarşısını almaqdan ötrü bu sahədə mümkün olan bütün zəruri tədbirləri görməyə səsləyib.
Səhiyyə sisteminin resursları indi əsasən COVID-19 pandemiyasına qarşı mübarizəyə yönəldiyindən bir çox ölkələrdə vaksinasiya kampaniyasına gecikmələr müşahidə olunur.

ÜST və UNICEF-də aparılan hesablamalara görə, peyvənd və immunizasiya üzrə Qlobal Alyansdan (GAVİ) dəstək almayan ölkələrdə bu istiqamətdəki bütün boşluqları doldurmaq üçün 655 milyon dollar tələb olunur.

“COVID-19 pandemiyasının nəticələri səhiyyə sahəsinə, xüsusən də qlobal miqyaslı immunizasiya prosesinə son dərəcə mənfi təsir göstərir. Bununla belə, COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətdən fərqli olaraq, bizdə poliomielit və qızılca ilə mübarizə aparmaq üçün bütün lazımi bilik və vasitələr var”, – ÜST-nin rəhbəri Tedros Qebreyesus söyləyib.

“Biz bu sahədə qazandığımız bütün bilik və bacarığımızı, müvafiq əyani vasitələri tətbiq etməkdən ötrü kifayət qədər iradəyə və resurslara malikik. Əgər biz buna nail olsaq, bir çox uşağın həyatını xilas edə bilərik”, – o əlavə edib.

Son bir neçə ildə qızılca xəstəliyinin qlobal miqyasda sürətlə yayılması müşahidə olunur. Mütəxəssislər əsas səbəblərdən biri kimi əhalinin peyvəndlərdən imtina etməsini göstərirlər. 2019-cu ildə bu xəstəliyə yeni yoluxmaların sayı son 20 il ərzində qeydə alınmış ən yüksək həddə çatıb. COVID-19 pandemiyası bu sahədəki mövcud vəziyyəti daha da gərginləşdirib.
Bununla yanaşı, Pakistan və Əfqanıstanda, habelə Afrikanın bəzi regionlarında poliomielit xəstəliyinə tutulanların sayının artacağı ehtimal olunur. ÜST xəbərdarlıq edir ki, xəstəliyin yayılması indi dayandırılmasa, yaxın 10 il ərzində yeni yoluxanların sayı ildə 200 minə çata bilər.

“COVID-19 qlobal pandemiyasına qarşı mübarizə çox vacibdir. Lakin dünyanın ən yoxsul bölgələrində milyonlarla uşağın həyatını riskə məruz qoyan digər çox təhlükəli xəstəliklər var. Biz bütün ölkələrin rəhbərlərini, donorları və tərəfdarları bu istiqamətdə birgə əməkdaşlığa dəvət edirik. Bununla belə, yenidən vaksinasiya kampaniyasını başlamaq üçün bizim hələ də əlavə maliyyə resurslarına ehtiyacımız var”, – doktor Tedros vurğulayıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO