Botsvanada 350 fil öldü
Afrikanın Botsvana dövlətində 350 fil naməlum səbəbdən ölüb.
Rakus.az xəbər verir ki, bunu Böyük Britaniyanın “National Park Rescue” Xeyriyyə Təşkilatının Təbiəti Mühafizə Xidmətinin direktoru Nayl Makkenn bildirib.
Onun sözlərinə görə, fillərin ölümü ilə bağlı ilk hadisə mayın 11-də qeydə alınıb: “İyunun ortalarında isə aşkarlanan fil cəsədlərinin sayı təxminən 170 olub. Bununla da son bir neçə həftədə onların sayı iki dəfə artaraq 350-yə çatıb”.
Yerli sakinlər zəifləyib, əldən düşən bir neçə fil gördüklərini deyiblər. Bu isə ölən fillərin sayının artacağını ehtimal etməyə əsas verir.
Havadan çəkilən fotolara əsasən, onların 70 faizi su hövzələrində ölüb. fillərin kütləvi ölüm səbəbi hələlik bilinmir.
Afrikadakı fillərinin 1/3-də biri Botsvana ərazisində yaşayır.