Dünya 30.01.2020 13:39

Böyük Britaniyanın Aİ-dən çıxması Avropadan ayrılmaq demək deyil – Səfir

“Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması Avropadan ayrılmaq demək deyil”.

Rakus.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin yanvarın 31-də Aİ-dən çıxacağını şərh edərkən deyib.

“Biz Avropa ölkəsiyik. Avropalı tərəfdaşlarımızla ortaq tariximizi, dəyərlərimizi və maraqlarımızı bölüşürük. Biz həmçinin xarici siyasət çərçivəsində Aİ ilə sıx işləməyə davam edəcəyik. Bundan əlavə, Aİ ilə əməkdaşlıq üçün ən vacib mövzulardan biri iqlim dəyişikliyidir. Belə ki, bu il BMT-nin iqlim dəyişikliyinə dair sammitinə ev sahibliyi edəcəyik. İtaliya ilə birlikdə ona sədrlik edəcəyik. Bu, Aİ ilə sıx əməkdaşlığımızın bariz nümunəsidir”, – səfir bildirib.

Onun sözlərinə görə, yanvarın 31-dən “Brexit”in tətbiqetmə prosesinə başlanılır.

“Bundan əlavə, Aİ ilə münasibətlərimizin gələcəyi ilə bağlı sazişlər üzərində işləyəcəyik. Bu, bizim üçün çox böyük işdir. Bu (Brexit – red.), İlk növbədə qanunlarımız, maliyyəmiz, sərhədlərimiz və s. üzərində nəzarətin özümüzə qaytarılmasıdır.

İkincisi, bu, bizə dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri üzərində işləmək imkanı verəcək. Məsələn, Çin, Hindistan və dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ ilə. Hesab edirik ki, bu, bizə çox böyük iqtisadi imkanlar verəcək.

Üçüncüsü, biz Aİ-nin üzvü olan Böyük Britaniyadan qlobal Böyük Britaniyaya çevrilməkdəyik. Çünki bildiyiniz kimi, Böyük Britaniya BMT Təhlükəsizlik Şurası, NATO, G7 və digər böyük təşkilatların üzvüdür. Biz artıq böyük qüvvəyik, amma bu (Brexit – red.), bizə daha qlobal Böyük Britaniya kimi mövqe tutmağa imkan verəcək”, – səfir vurğulayıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO