Dünya 18.09.2019 17:09

Böyük və tarixi Çin sadəliyi – Səfər təəssüratları

“Sadəlik insanın ən gözəl keyfiyyətlərindən biridir”

Çin filosofu, Konfutsi

Fikirlərimi məhz Çinin, həmçinin bəşərin tarixi filosofu – Konfutsinin məhz bu kəlamları ilə ona görə başladım ki, aparacağım səfər qeydlərimi daha anlamlı şəkildə dəyərli oxucularıma çatdıra bilim. Bəli, budəfəki səfər dünyanın ən qədim və tarixi köklərinə bağlı olan Çin Xalq Respublikasına idi və ilk növbədə mən çinlilərin vəzifələrindən, statuslarından asılı olmayaraq, onların nə qədər sadə bir xalq olduğunun növbəti dəfə şahidinə çevrildim.

Hələ Bakının Heydər Əliyev adına hava limanından Pekinə uçmağa hazırlaşarkən, düşüncələrimdə 3 il öncəki səfər təəssüratlarım canlanmağa başlamışdı. Düşünürdüm ki, dünyanın sürətlə inkişaf edən, istehsalat texnologiyaları, sənayesi, flora və faunası ilə dünya bazarının ən münbit yerlərinə sahib olan Çin ötən qısa müddət ərzində nə qədər dəyişilə bilər? Bu suallarla, yeniliklər görmək maraqları ilə təyyarədəki yerimizi tutduq və ÇXR-in paytaxtı Pekinə doğru səfərimiz başladı.

 

Çin səfəri hər birimizin həyat sərlövhəsində yeni, maraqlı səhifə açmış oldu

Digər mövzulara keçməmişdən öncə xatırladım ki, səfərimizin məqsədi Yeni Azərbaycan Partiyasının (YAP) Çin Xalq Respublikası Kommunist Partiyası (ÇKP) ilə əlaqələrinin 20-ci ildönümündə iştirak etməkdən ibarət olub. Nə az, nə çox – düz 20 ildir ki, ölkəmizin hakim partiyası dünyanın bir sıra siyasi partiyaları ilə yanaşı, həm də Çinin Kommunist Partiyası ilə sıx əlaqələrini qurub, münasibətlərini inkişaf etdirib və bu münasibətlər ən yüksək səviyyədə özünü tərənnüm edib. Böyük nümayəndə heyətimizin Çin səfəri hər birimizin həyat sərlövhəsində yeni, maraqlı səhifə açmış oldu.

Beləliklə, təyyarəmiz Pekin Beynəlxalq Hava Limanına eniş etdi və hava laynerinin trapından aşağı enərkən, bizi ilk növbədə bu ölkənin yumşaq və qonaqpərvərlik havası qarşıladı.

Görüşlər əlaqələrimizin daha da möhkəmlənməsinə, möhkəm təməllərə söykənməsinə stimul verdi

Qeyd edim ki, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəblinin rəhbərlik etdiyi 19 nəfərdən ibarət nümayəndə heyətimiz səfər çərçivəsində ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin 6-cı Departameninin rəis müavini Van Min, ÇKP MK-nın Ali Partiya Məktəbinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru xanım Dun Tsin və Məktəbin təhsil şöbəsinin direktoru xanım Lo Mintsi, ÇKP MK-nın Beynəlxalq şöbəsinin nazir səviyyəsində rəhbəri Sun Tao və digər şəxslərlə görüşlər keçirib, YAP və ÇKP, Azərbaycan və Çin xalqları arasındakı dostluq münasibətləri, Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün reallaşmasında Azərbaycanın rolu müzakirə olunub, dövlət idarəçiliyi sahəsində iki ölkə arasında təcrübə mübadiləsi aparılıb. Ümumiyyətlə, bu görüşlər əlaqələrimizin daha da möhkəmlənməsinə, davamlılığına, o cümlədən, möhkəm təməllərə söykənməsinə daha bir stimul vermiş oldu.

Qeyd edim ki, Çin Kommunist Partiyası 90 milyona yaxın insanı özündə birləşdirir. Eləcə də, ənənəvi kommunist partiyalarından fərqli olaraq, ÇKP modern kommunuzm ideologiyası əsasında fəaliyyət göstərir. Burada zəka, ciddi nizam-intizam, milli dəyərlər və çeviklik əsas önəm daşımaqdadır. Bu ideoloji yanaşma Çinin dünya ölkələrinin ən aparıcı gücləri ilə rəqabətə girməsinə, hətta zaman-zaman üstələməsinə səbəb olmaqdadır. Ümumiyyətlə, 3 il əvvəl – 2016-cı il səfərimlə haqqında bəhs etdiyim cari səfərim arasında çox böyük irəliləyişləri müşahidə etmiş oldum. Əsasən, Çinin dinamik islahatçı ölkə kimi tərəqqi etdiyinə bir daha əminliklə yanaşdım.

Çin deyilərkən tükənməz potensiallıq faktoru önə çıxmaqdadır

Digər düşüncələrimi və səfər təəssüratlarımı bölüşərkən, diqqətimi növbəti maraqlı məqamlar cəlb etdi. Bu, ilk növbədə çinlilərin punktuallığı və xüsusilə inzibatçılıq məsələlərində ən kiçik detallarına qədər incəliklərə varmalarıdır. Demək olar ki, bütün görüşlərimizdə bizimlə təmasda olan və müşahidə edən ÇKP təmsilçiləri ardıcıllıqları qoruyur, hətta fotoşəkil çəkdirərkən belə, kimin-kimdən daha öncə dayanması kimi amillər nəzərə alınırdı. Demək istəməzdim ki, bu kommunizm ideologiyasının bir göstəricisidir. Əksinə, bu çin xalqının nə qədər diqqətcil, böyüklük-kiçiklik məsələlərində nə qədər həssas olmalarının təzahürüdür. Daha dəqiq desəm, Çin olduqca zəngin və müxtəlif mədəniyyətlərə malik olan bir ölkədir və bu ölkənin ənənəvi mədəniyyəti min illər boyu təcrid olunmuş vəziyyətdə formalaşmışdır. Tarixə nəzər salarsaq, 1949-cu ildən sonra bu mədəniyyətin kommunizmin ideologi təsiri ilə daha çox zənginləşdiyini deyə bilərik. 1980-ci illərdən bəri isə, Çin hökuməti ənənəvi mədəniyyətin canlanması istiqamətində işlər aparmağa başladı. Belə də demək mümkündür ki, müasir Çin mədəniyyəti qloballaşma prosesləri ilə əlaqəli ənənəvi mədəniyyət, kommunist ideyaları və post-modernist təsirin qarışığıdır.

Biz, Çin şəhərlərini gəzərkən, hər bir şəhərin özünəməxsus gözəlliklərinin, memarlıq abidələrinin füsunkarlıqlarının, özəlliklə, şəhərlərdəki təmizliklərin, abadlıqların nə qədər yüksək səviyyədə təmin olduğunu müşahidə etdik. Atdığımız hər bir addım, müşahidə etdiyimiz hər bir məqam bizə bu ölkənin tarixi və mədəni ecazkarlıqlarından xəbər verirdi. Bütövlükdə, Çin deyilərkən, tükənməz potensiallıq faktoru önə çıxmaqdadır.

Şanxay – müasirliklə qədimliyin sintezi

Nümayəndə heyətimizin Pekin, Şanxay, Fenqjinq şəhərlərindəki gəzintisi, ekskurs etdiyimiz tarixi binalar, qədim mədəblər sanki əsrlər öncəki reallıqları yenidən gözlərimiz önündə canlandırılırdı. Müasirliklə qədim tarixin sintezi sözün əsl

mənasında bu ölkəni, şəhərlərini ziyarət edən hər kəsi valeh edir. Paytaxt Pekindən başlayaraq, Böyük Çin səddinə, həmçinin İmperator sarayına qədər nəzərimizə dəyən hər bir incəlik bu ölkənin, bu xalqın nəhəng epoxaya malik olduğunu nümayiş etdirirdi.

Əsasən, bizə sual edirlər ki, siz Çində hansı qida növlərindən istifadə edirsiniz? Düzdür, mən qurman olmasam da, Çinin çoxşaxəli mətbəxi ilə də hər zaman maraqlanmışam. Əlbəttə, çinlilərə məxsus özəl mətbəxlər mövcuddur, lakin bu ölkədə müsəlmanların, digər dünyəvi dinlərə məxsus insanların da yaşadıqlarını nəzərə alarsaq, demək olar ki, bütün böyük şəhərlərində beynəlxalq mətbəxlərə əsaslanan iaşə xidmətləri fəaliyyət göstərir. O cümlədən, bizim nümayəndə heyətimizi qonaqlayan otelin restoranında və s. ziyafətlər təşkil edilən müəssisələrdə əsasən, Avropa mətbəxi təqdim olundu. Lakin çinin ənənəvi mətbəxinin də çox dadlı, ləziz yeməkləri vardır.

Bizim Şanxay şəhərinə etdiyimiz səfər də özünəməxsusluğu və unudulmazlığı ilə xatirələrimizə yazıldı. Şanxayda keçirilən görüşdən sonra, nümayəndə heyəti şəhərin mərkəzində yerləşən və “Şərqin Mirvarisi” adlandırılan radio -TV qülləsində olduq. Bu qüllədən sanki bütün Çin mavi səmalardan görünməkdədir. Qeyd edim ki, Şanxay şəhəri Çinin ən böyük meqapolisidir. Çinin şərq sahilində Yangtze çayı deltasında məkan qurmuş bu şəhər olduqca sıxdır. Şanxay həmçinin, ən əhəmiyyətli liman şəhəridir. Əbəs deyil ki, şəhər xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq göstərilir. Şanxayın göydələnləri, ən müasir standartlara cavab verən biznes mərkəzləri bir çox nüfuzlu mərkəzlərlə rəqabətə girməkdədir.

Daha sonra 1500 yaşı olan Fenqjinq tarixi şəhərinə ekskursiya təşkil edildi və biz daha bir tarixi ecazkarlıqla qarşı-qarşıya qaldıq. Canlı şəhər olan Fenqjinq 15 əsrlik həyatında hansı hadisələrə şahid olubsa, bu öz yerində, ancaq bu şəhərdə hələ də ailələrin yaşaması və müasir həyatla ayaqlaşması həqiqətən də çox maraqlı bir reallığı nümayiş etdirməkdədir. Ümumiyyətlə, çin xalqının öz tarixini qoruyub-saxlamaları həm də bir nümunədir desək, yanılmarıq.

Gördüklərimizin, seyr etdiklərimizin hər bir məqamında məhz sadəlik öz sözünü dedi

Beləliklə, baş tutan Çin səfərindən aldığım bütün təəssüratları bir araya gətirib, onların təhlilini apararsaq, buna nə vaxt, nə də zaman yetişər. Çinin iqtisadiyyatı, kənd təsərrüfatı, heyvandarlıq sahəsi, balıqçılıq, çayçılıq, tütünçülük və s. qida, yeyinti, ağır və yüngül sənayeləri bu ölkənin tükənməyən potensialının aşkar göstəricisidir. Bu baxımdan, nümayəndə heyətimiz qədim Çin diyarından ayrılarkən, yenidən bu ölkəyə qayıtmaq ümidi ilə hava limanına doğru istiqamət aldıq…

Təəssüratlarımı yazımın əvvəlində qeyd etdiyim böyük çin filosofu Konfutsinin həmin ifadələri ilə sona çatdırmaq istəyirəm – sadəlik insanın ən gözəl keyfiyyətlərindən biridir. Bəli, bizim gördüklərimizin, seyr etdiklərimizin hər bir məqamında məhz sadəlik öz sözünü dedi – tarixi Çin sadəliyi…

Bəhruz QULİYEV,

Bakı-Pekin-Şanxay-Pekin-Bakı
(Sia.az)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO