BP milyardlarla dollarlıq aktivlərini silir
BP pandemiya ilə əlaqədar strateji inkişaf planını yenidən nəzərdən keçirib.
Rakus.az xəbər verir ki, şirkət rəhbərliyi dünyada koronavirusun yayılması nəticəsində yaranan böhranın əvvəldən gözlənildiyindən də uzun çəkəcəyini və ağır nəticələr verəcəyini gözləyir.
Bununla əlaqədar şirkət qeyri-maddi aktivlərinin bir hissəsini sildirmək niyyətindədir. II rübün yekununa əsasən, silinən məbləğin 13 milyard ABŞ dollarından 17,5 milyard ABŞ dollarına qədər olacağı gözlənilir.
“COVID-19 pandemiyasının 2020-ci ilinII rübündə də davam etdiyini nəzərə alaraq, BP pandemiyanın qlobal iqtisadiyyata daha uzunmüddətli təsir göstərəcəyini, uzun müddət ərzində enerjiyə tələbatın aşağı olacağını düşünür. BP rəhbərliyi, həmçinin pandemiyanın iqtisadiyyatların və enerji sistemlərinin aşağı karbohidrogen istehlakına keçidini sürətləndirəcəyini də gözləyir”, – şirkətin press-relizində deyilir.
BP eyni zamanda 2021-ci ildən 2050-ci ilə qədər olan dövrdə neftin orta qiymətinin 55 dollar/barel olacağını gözləyir.
Bundan əvvəl BP ilin sonuna qədər 10 min işçisini ixtisar etmək niyyətində olduğunu bildirmişdi. Bu, şirkətin ümumi personalının təxminən 15%-ni təşkil edir.