Dünya 21.11.2020 12:13

Dünya bazarında əmtəə qiymətləri dəyişir - FOTO

Bu  ildə dünya bazarında əmtəə qiymətləri çox dəyişkən olub.

Rakus.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib.

Bildirilib ki, Dünya Bankının (DB) əmtəə bazarları haqqında son məlumatlarına əsasən, 2020-ci ilin 9 ayında enerji qiymətləri 33,7 faiz azalıb, qeyri-enerji qiymətləri 4,5 faiz, ərzaq qiymətləri 1,5 faiz artıb.

Qiymət dəyişikliyi rüblər üzrə fərqli olub. III rübdə enerji qiymətləri 5,4 faiz, qeyri-enerji əmtəə qiymətləri 9,6 faiz, ərzaq qiymətləri 6,1 faiz, qiymətli metal qiymətləri isə 15,4 faiz yüksəlib.

Qızılın qiyməti 2020-ci ilin III rübü ərzində 6,8 faiz artıb.

Enerji qiymətlərindəki artım əsasən neft və təbii qaz qiymətlərindən təsirlənib. DB-nin əmtəə qiymətləri haqqında son məlumatlarına əsasən 2020-ci ilin yanvar-sentyabr aylarında təbii qazın qiyməti indeksi 17,2 faiz azalıb.

Qeyd edilib ki, ilin 9 ayı ərzində “Dow Jones” indeksi 4,2 faiz, “S&P 500” indeksi isə 22,8 faiz azalıb, III rüb ərzində isə müvafiq olaraq 7,3 faiz və 4,2 faiz dəyər qazanıb.

Müvafiq dövr ərzində dünya bazarında “Brent” markalı neftin hər bareli üçün orta qiyməti 42,3 ABŞ dolları təşkil edib. Rüblər üzrə neftin qiyməti də dəyişkən olub.

III rübdə neftin dünya bazarında orta qiyməti 43,3 ABŞ dolları səviyyəsində olub ki, bu da 2020-ci ilin II rübünün göstəricisindən 30,1 faiz çoxdur.

Beynəlxalq Enerji Agentliyinin “Neft Bazarı” hesabatının oktyabr buraxılışına əsasən 2020-ci il ərzində qlobal neft tələbinin günə 97,2 milyon barel olacağı proqnozlaşdırılır. Bu ötən ilin proqnozuna nisbətən 8,4 milyon barel azdır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO