Britaniya şahzadəsi koronavirusa yoluxdu
İngiltərə mediası 71 yaşlı şahzadə Çarlzın koronavirus infeksiyasına yoluxduğunu yazıb.
“Şahzadə yüngül simptomlar hiss edirdi. Özünü yaxşı hiss edirdi və işinin başındaydı. Şahzadənin virusa kimdən yoluxduğunu deyə bilmərik. Son vaxtlar tələb olunan bütün qaydalara riayət edirdi”,- şahzadənin mətbuat katibi söyləyib.
Çarlzın xanımı Kamilla Parker Boulz da analiz verib, amma onda infeksiya aşkarlanmayıb.
Çarlzın anası II Elizaveta bir müddət əvvəl Londonu tərk edib. O, hazırda Vindzor sarayındadır. Şahzadə də Londonu tərk etməyə hazırlaşır. O, müalicə ərəfəsində Şotlandiyada Balmoral qəsrində keçirəcək.
Çarlz İngiltərə hökumətində COVİD19-a yoluxan ikinci yüksəkvəzifəli şəxsdir. Bundan əvvəl knyaz Monako Albera II-nin koronavirusa yoluxduğu ortaya çıxmışdı.