Britaniyada vergilərin artırılması təxirə salındı
Rakus.az xəbər verir ki, nazirin sözlərinə görə, bu, hökumətin dövlət xərclərini azaltmasına səbəb olmayacaq: “İngilis xalqı daha üstün dövlət xidmətlərindən istifadə etməyə layiqdir”.
Bundan əvvəl isə Britaniya kütləvi informasiya vasitələrində hökumətin dövlət sektorunda işləyənlərin gəlirlərini “dondurmağa” hazırlaşdığı barədə iddialar irəli sürülmüşdü.
Maliyyə Araşdırmaları İnstitutunun direktoru Pol Conson R.Sunakın açıqlamalarına münasibət bildirərək vergilərin artırılmasının və dövlət xərclərinin azaldılmasının yaxın müddət ərzində gündəliyə çıxarılmayacağını söyləyib.
Ölkədə vergilərin artırılmasının təcili olmadığını qeyd edən P.Conson bunun gələcəkdəki ümumi seçkilərdən sonraya saxlanılacağını deyib: “İndi hələlik cüzi şəkildə borca düşəcək və bu yolla iqtisadiyyatı qoruya biləcək gücdəyik”.