Britaniyalılar “Brexit” öncəsi ərzaq ehtiyatı toplamağa başladı
Böyük Britaniya əhalisinin təxminən 20%-i ölkənin AB-ni razılaşmasız tərk edəcəyi gün üçün ərzaq ehtiyatı toplayır.
Rakus.az xəbər verir ki, hər beş britaniyalıdan biri qidaya, içki və dərmanlara əlavə 380 funt-sterlinq pul xərcləyib. Ümumilikdə ölkə əhalisi ehtiyat tədarüklərinə 4 milyard funt-sterlinq vəsait sərf edib.
Ölkədə fəaliyyət göstərən şirkətlər bir qədər əvvəl xəbərdar edib ki, AB-nin razılaşmasız tərk edilməsi Britaniyaya malların çatdırılmasında problemlər yarada bilər. Bəzi şirkətlər özləri də ehtiyat toplama kampaniyasına qoşulub. Bunların sırasında “Pets at Home” zoo-məhsullar idxalatçısı və “Domino’s Pizza” restoranlar şəbəkəsini göstərmək olar. “Brexit” ərəfəsində Britaniyaya lüks avtomobillərin gətirilməsi də 16% artıb.
Xatırladaq ki, Böyük Britaniya Avropa Birliyini 31 oktyabr 2019-cu il tarixdə tərk etməlidir.