Dünya 20.07.2023 19:35

“Qayıdış İrəvandan, yoxsa Moskvadan asılıdır? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Vətənə qayıdış İrəvandan, yoxsa Moskvadan asılıdır?” adlı süjetdə Ermənistanda ictimai, siyasi, mədəni, hərbi və digər sahələrdə baş verən hadisələrin vətəndaşlıqlarının bərpası uğurunda mübarizə aparan Qərbi azərbaycanlılara da aidiyyatı olduğu vurğulanır.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq vasitəçilərin iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər Qərbi Azərbaycan sakinləri tərəfindən diqqətlə izlənilir və bu il iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə görüş də əhəmiyyətli sayılmalıdır: “Görüşdə  Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, suverenlik və ərazi bütövlüyü, sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, iki ölkə arasında sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokadadan çıxarılması ilə yanaşı, Qərbi azərbaycanlıların Ermənistana, vətənə dönüşü kimi məsələlər ətrafında müzakirələr aparılıb”.

Qeyd olunur ki, Qərbi Azərbaycan İcmasının açıqlamasında da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsi alqışlanır.

Süjetdə diqqətə çatdırılır ki, Rusiya isə Brüssel formatından və danışıqların gedişindən narazıdır: “Rəsmi Moskva 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bir hissəsini yerinə yetirmək istəmir, yaxud bunun qeyri-mümkünlüyünə görə məsuliyyəti üçüncü tərəfin, yəni ABŞ və ya Avropa İttifaqının üzərinə qoymağa çalışır. Halbuki Rusiya bütün səviyyələrdə Qarabağın Azərbaycanın ərazisi olduğunu dəfələrlə açıqlıyıb. Rusiya Xarici İşlər Nazirliyi “fundamental şərtlərdə dəyişikliklər” olduğunu iddia etməklə mücərrəd açıqlama verib. Ancaq “fundamental şərtlər” dedikdə nəyin nəzərdə tutulduğunu bildirməyib. Ümumiyyətlə, Rusiya Brüssel görüşündən və Azərbaycan-Ermənistan normallaşma prosesində qərbin, xüsusilə ABŞ-ın  fəallığından narahatdır. Bununla rəsmi Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından narahatlığını gizlədə bilmir. Çünki normallaşma prosesi başlasa və sülh müqaviləsi imzalanarsa, Rusiya Cənub Qafqazda təsirini itirə bilər”.

Sonda rəsmi Bakının Qarabağ iqtisadi rayonundakı ermənilərin hüquqlarının təmin olunacağına dəfələrlə təminat verdiyi, bu baxımdan Qərbi azərbaycanlıların da tamhüquqlu Ermənistan vətəndaşı olması məsələsinin beynəlxalq münasibətlərin və danışıqların gündəliyinə salınmasının məntiqli olduğu vurğulanır: “Azərbaycanla Ermənistan arasında vətəndaşlıqdan zorla məhrum edilən Qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpası məsələsinin müzakirəsi davamlı şəkildə aparılmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyulun 20-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO