Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar Bakı şəhərində bütün küçə və prospektlər yol polisi tərəfindən tam nəzarətə götürülməklə xidmət təşkil edilib.
Rakus.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) məlumatına görə, stasionar yoxlama-buraxılma məntəqələrində müvafiq sənədlər yoxlanılmaqla hərəkət iştirakçılarına şərait yaradılır.
“Hərəkətə icazəsi olmayan sürücülərə tənbeh tədbirləri tətbiq edilib və profilaktiki tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, bu həftə ötən həftə ilə müayisədə inzibati tənbeh tədbirlərinin tətbiqi azlıq təşkil edib. Bu da vətəndaş-polis münasibətlərində həmrəyliyin bariz nümunəsidir. İnanırıq ki, pandemiya dövründə vətəndaşlarımız səbrli və təmkinli olacaq, tələblərə uyğun hərəkət edəcəklər”, – məlumatda bildirilib.