Bu dərmanlar COVID-19-un müalicəsində faydalıdır
Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicə və profilaktikasında istifadə ediləcək dərmanların adlarını açıqlayıb.
Rakus.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yayılıb.
“Umifenovir, remdesivir, favipiravir yeni növ koronavirusun müalicəsində qəbul edilə bilər. SARS-CoV və MERSCoV koronaviruslarının yaratdığı atipik pnevmoniya zamanı böyüklərin istifadə edə biləcəyi dərmanlara isə lopinavir+ritonavir, xloroxin, hidroksixloroxin, interferon preparatları aiddir”, – nazirliyin sənədində dyilir.
Eyni zamanda, bu günə qədər olan məlumatların dərmanların effektivliyi barədə birmənalı nəticə çıxarmaq üçün kifayət etmədiyi də vurğulanır: “Bununla əlaqədar olaraq, dərmanların tibbi komissiyanın qərarı ilə müəyyən edilmiş qaydada istifadəsinə icazə verilir”.