İsrailli mütəxəssislər “özünü təmizləmə” funksiyası ilə təchiz edilmiş, təkrar istifadəsi mümkün olan tibbi maskanın yaradıldığını açıqlayıblar.
Rakus.az xəbər verir ki, qoruyucu vasitədə güc qaynağına qoşulan və karbon liflərinin daxili qatını 70 dərəcəyə qədər isidən USB portu var. Bu, maskanın səthindəki koronavirusu məhv etmək üçün kifayət qədər yüksək temperaturdur.
Qoruyucu vasitənin dezinfeksiyasına təxminən 30 dəqiqə tələb olunur. İstifadəçilərə bu zaman həmin maskadan istifadə etməmək tövsiyə olunur.