Bu peyvənd immunitet sisteminə müsbət təsir edir
Oksford Universiteti tərəfindən hazırlanan koronavirusa qarşı peyvənd təhlükəsizdir və immunitet sisteminə müsbət təsir edir.
Rakus.az xəbər verir ki, 1077 nəfərin iştirak etdiyi sınaqda hazırlanan peyvəndin koronavirusla mübarizə edə biləcək antikorlar və T hüceyrələri yaratmasına səbəb olduğu müəyyən edilib.
Oksford tədqiqat qrupundan professor Endryu Pollard, həm zərərsizləşdirən antikorları, həm də T-hüceyrələri gördüyümüz üçün əldə olunan nəticələrdən çox məmnun olduqlarını bildirib.
Lakin virusdan qorunmaq üçün daha böyük sınaqların davam etdiyi açıqlanıb.
Hökumət “AstraZeneca” şirkəti ilə Oksford Universiteti tərəfindən hazırlanan peyvənd üçün 100 milyon dozalıq saziş imzalayıb.
İngiltərə hökuməti indiyə qədər müsbət nəticələr verən və ya vəd edən şirkətlərlə 90 milyon dozalıq peyvənd müqaviləsi imzalayıb.
Bu peyvəndlərin nəticələri hələ ki, məlum deyil.