Səhiyyə 01.09.2019 07:17

Bunları bilirsinizmi?

Rakus.az 2019-cu il sentyabrın 1-dən etibarən yeni rubrika ilə oxucuların görüşünə gəlir. “Bunları bilirsinizmi?” başlıqlı xəbərlərdə insan sağlamlığı ilə bağlı araşdırmalar, tibbi sektora aid yeniliklər, eləcə də bir çox xəstəliklərin xüsusiyəti, müalicəsi üçün tövsiyələr, məsləhətlər, həmçinin tətbiq olunan metod və üsullar barədə dolğun məlumat verməkdir. İnformasiyalar yerli və xarici mətbuatdan, səhiyyə üzrə ekspert və mütəxəssislərdən əldə olunur.

Süni böyrək aparatı: Dializ

Böyrəklər kiçik orqan olmasına baxmayaraq, orqanizmdə böyük funksiyalar yerinə yetirir. Böyrəklərin orqanizmdə ən əsas funksiyası qanı süzmək, sidiyin əmələ gəlməsini yaratmaq, vücuddan zərərli maddələri təmizləməkdir. Böyrəklər qanımızı 1 dəqiqədə təxminən 1 litr olmaqla öz “süzgəcindən” keçirərək, tərkibində olan parçalanma məhsullarını, toksinləri, şlakları, öldürülmüş və ya tam öldürülməmiş mikrobları təmizləyir. Ona görə də böyrəklərə orqanizmin filtri deyilir. Lakin bəzən böyrəklərin funksiyası pozulur və qanı yaxşı təmizləyə bilmir. Nəticədə orqanizmdə ziyanlı maddələrin konsentrasiyası təhlükəli səviyyəyə qalxır. Bu vəziyyət böyrək çatışmazlığı adlanır. Böyrək çatışmazlığı zamanı ən geniş istifadə olunan müalicə üsullarından biri dializdir (buna hemodializ də deyilir).

Dializ böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmasından sonra baş verir. Hemodializ xroniki böyrək xəstələri üçün müalicə deyil, yaşam tərzidir.

Dializ aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur. Dializ zamanı qan dializ aparatının (dializator) köməyi ilə yarımkeçirici membran vasitəsi ilə təmizlənir. Cihaz cərrah tərəfindən damar yoluna xüsusi iynə vasitəsilə punksiya edilərək, qan dövranına birləşdirilir. Boru sistemi ilə qan təmizlənmək üçün dializ aparatına daxil olur. Bu zaman xəstənin qanının müəyyən hissəsi (200-300 ml) bədəndən xaricdə olur, zərərli maddələrdən təmizlənir, fasiləsiz olaraq dövr edir və sonda damarlara qayıdır.

Dializ proqramı həftədə 3 dəfə, hər dəfə 3-4 saat davam edir. Bu proqram periodik hemodializ sayılır. Xəstə düzgün göstərişlə hemodializə seçilirsə, illərlə müalicə ala bilir. Hətta həkimin dediyi məsləhətlərə və tövsiyə edilən rejimə diqqətlə əməl olunsa, uzun illər əmək qabiliyyətini saxlamaq da mümkündür. Xəstə istəsə, 3-6 ay dializ müalicəsindən sonra böyrək transplantasiyası etdirə bilər.

Dializ xəstələrinin əksəriyyəti bu qaydalara əməl etməlidir:

– Qida rasionunda kalium, fosfatlar, duzla zəngin qidalar məhdudlaşdırılmalıdır

– Pəhriz fərdi qaydada dietoloq tərəfindən tərtib edilməlidir

– Zülalın qəbul miqdarı xəstənin yaşam keyfiyyətini və əhvalını təmin etməlidir

– Gün ərzində qəbul edilən suyun miqdarı məhdudlaşdırılmalıdır (dializlərarası dövrdə ödəmlər, arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma, narahatlıq və s. halların baş verməməsi üçün)

– Dializlərarası dövrdə çəkiyə nəzarət edilməlidir (bədənin çəkisi ümumi çəkinin 2-3%-i qədər arta bilər)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO