Səhiyyə 10.09.2019 07:17

Bunları bilirsinizmi?

Həm gözəlləş, həm miqrendən xilas ol

Son illər miqrendən əziyyət çəkən xəstələr üçün daha bir çarə tapılıb.

Rakus.az xəbər verir ki, bu yeni müalicə üsuluna sadə dildə “miqren botoksu” deyilir.

Bir çoxu hesab edir ki, botoks, sadəcə, estetik təbabətdə istifadə edilir. Lakin bu, belə deyil, botoksun çoxumuzun bilmədiyi başqa tərəfləri də var. Məsələn, dözülməz miqren ağrılarından bu üsulla qurtula bilərsiniz. Həkimlərin “botulinoterapiya” adlandırdıqları müalicənin çox effektli olduğu bildirilir.

Tibb elmləri doktoru, nevroloq Sədaqət Hüseynova e-tibb.az saytına botulinoterapiyanın nevrologiyada tətbiqi haqqında danışır: “Miqren xroniki xəstəlikdir və bu xəstəliyin müalicə protokolları var. Bu protokollarda botoksla müalicə də nəzərdə tutulur. Bu üsul yalnız ağrıların qarşısını almaq üçün deyil. Bu, bir müalicə üsuludur və botulotoksin xroniki miqrenin müalicəsində əvəzolunmaz hesab edilir”.

Bəs botulotoksin inyeksiyaları necə yerinə yetirilir?

Həkim bildirir ki, bu inyeksiyaları hər həkim yerinə yetirə bilməz: “Bu müalicə xüsusi hazırlıq keçmiş ixtisaslı mütəxəssislər tərəfindən klinik şəraitdə icra olunur. Bütün xəstəliklər üçün preparatın istifadə qaydaları və dozaları işlənib hazırlanıb”.

Sədaqət Hüseynova deyir ki, bu müalicənin xüsusi bir fəsadı olmur: “Sadəcə, preparata qarşı yüksək həssaslığın olması, hamiləlik və südvermə dövrü, habelə sinir-əzələ keçiriciliyinin pozulması ilə gedən nevroloji xəstəliklər əks-göstərişlər hesab edilir. Bundan başqa, inyeksiyadan sonra preparatın əsas effekti 2-3 həftə ərzində formalaşır. Lazım gələrsə, korreksiya məqsədi ilə müəyyən doza əlavə edilə bilər. Preparatın təsir müddəti 3-6 ay davam edir”.

Dermatoloq, uzman həkim Lalə Cahangirova da “miqren botoksu”nun müalicəvi əhəmiyyəti barədə danışaraq bildirdi ki, bu metod əsasən, əzələ gərginliyini aradan qaldırmaq üçün istifadə olunur: “Əsas məsələ, bu ineksiyaların düzgün nöqtələrə  vurulmasıdır. Bunu isə hər kosmetoloq, nevroloq edə bilməz. Bunun üçün xüsusi təhsil almaq lazımdır. “Miqren botoksu” deyilən müalicə üsulunun elə bir fəsadı olmur. Əsas odur ki, bu prosedur professional tərəfindən düzgün icra edilsin”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO