Bunları bilirsinizmi?

Başgicəllənmə həddən artıq geniş yayılan şikayətdir.
Rakus.az xəbər verir ki, belə şikayəti olmayan insana nadir rast gəlmək olar. Çoxları isə başgicəllənməni adi, ötəri hal kimi dəyərləndirir. Amma əslində belə deyil.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nevroloqu Rəna Əmirova bildirib ki, başgicəllənmə və ya tibbi dildə ifadə olunan vertiqo xəstəlik deyil, simptomdur. Onun sözlərinə görə, bu, nevroloqa hər gün ən çox müraciət olunan şikayətdir. Xəstənin özünün və ya ətrafının fırlanması kimi hiss olunur, tərif edilir: “Araşdırdıqda hər başgicəllənmə şikayətinin həqiqi vertiqo olmadığı aşkarlanır. Həqiqi vertiqo mərkəzi sinir sistemi və daxili qulaq xəstəlikləri ilə əlaqəli olur. Vertiqo ilə bərabər ürəkbulanma, qusma, iki görmə, başağrısı, nitq pozğunluğu, əl və ayaqlarda keyimə və zəiflik, yaddaş pozğunluğu, koordinasiya pozğunluğu kimi əlamətlər varsa, mütləq həkimə müraciət edin”.