Bunları bilirsinizmi?
Saçların erkən ağarması heç də hər zaman stresslə əlaqəli olmur, saçlar yuxu çatışmazlığı nəticəsində də erkən ağara bilər.
Rakus.az xəbər verir ki, bunu Virciniya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər.
Qeyri-sabit yuxu və nəzərdə tutulan qədər yatmamaq mərkəzi əsəb sisteminin pozulmasına səbəb olur ki, bu da saçların rəngini dəyişərək ağarmasına gətirib çıxarır.
Eksperimentdə intellektual və fiziki işlə məşğul olan müxtəlif peşə sahibləri iştirak ediblər. 20-50 yaş arasında olan könüllülər üzərində aparılan təcrübə nəticəsində məlum olub ki, saçların erkən ağarması vaxtının çoxunu işə sərf edib, az yatan həm kişi, həm də qadınlarda müşahidə olunur.
Alimlər bunu belə izah edirlər ki, əgər insan sutkada 6 saatdan az yatırsa, daha əsəbi və həssas olur, daha tez stressə girir. Bu hal hətta 20 yaşlı şəxsdə belə saçların ağarmasına səbəb ola bilər.