Bunları bilirsinizmi?
Bir ayaq üstə dayanmaq bacarığı insultun inkişafı riskini aşkarlayır.
Rakus.az xəbər verir ki, ABŞ-ın Texas ştatının Presviterian xəstəxanasının mütəxəssislərinin sözlərinə görə, nevroloji problemləri olmayan insan bir ayağı üstə orta hesabla 30-40 saniyə dayana bilir. Yaşla bağlı bu göstərici azala bilər.
Əgər insan bir ayağı üzərində 20 saniyədən çox dayana bilmirsə, bu, yüksək insult riskinin əlaməti ola bilər.
Araşdırmaya yaşı 67 olan 1400-dən çox kişi və qadın cəlb edilib.
Onlardan hər biri bir ayaq üstə dayandıqdan sonra beyin MRT müayinəsindən keçib.
Bir ayaq üstə dayanmaq bacarığı, həqiqətən damarlarda problemləri aşkar edir.
Mütəxəssislər bir ayaq üstə 20 saniyədən çox dayana bilməyənlərə məsləhət görürlər ki, həkimə müraciət etsinlər və damar müayinəsindən keçsinlər.