Bunları bilirsinizmi?
Ölkədə 3000 nəfərə buynuz qişası transplantasiya edilməlidir
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində (MOM) gözün buynuz qişasının transplantasiyası əməliyyatları həyata keçirilir.
MOM-dan bildirilib ki, indiyədək onlarla pasient üzərində bu əməliyyat uğurla icra edilib.
Ümumilikdə, Azərbaycanda 3000 nəfərdən çox xəstəyə buynuz qişasının transplantasiyasına ehtiyac var. Onların 20%-ni uşaqlar, 80%-ni isə böyüklər təşkil edir.
Azərbaycanda gözün buynuz qişasının transplantasiyasının həyata keçirməyə icazəsi olan həkimlər Cəmil Həsənov, Fərəh Abduləliyeva, Fidan Ağayeva, Emil Hüseynov və Xəlil Hüseynovdur.
Transplantasiya üçün Azərbaycana gətirilən toxumalar MOM-la bağlanmış müqavilə əsasında, Amerika Göz Bankı Assosiasiyası tərəfindən akkreditasiya olunmuş Göz Bankı vasitəsilə tədarük edilir.
Rakus.az 2019-cu il sentyabrın 1-dən etibarən yeni rubrika ilə oxucuların görüşünə gəlir. “Bunları bilirsinizmi?” başlıqlı xəbərlərdə insan sağlamlığı ilə bağlı araşdırmalar, tibbi sektora aid yeniliklər, eləcə də bir çox xəstəliklərin xüsusiyəti, müalicəsi üçün tövsiyələr, məsləhətlər, həmçinin tətbiq olunan metod və üsullar barədə dolğun məlumat verməkdir. İnformasiyalar yerli və xarici mətbuatdan, səhiyyə üzrə ekspert və mütəxəssislərdən əldə olunur.