Səhiyyə 04.10.2019 07:17

Bunları bilirsinizmi?

Bakirəliyin bərpası (himenoplastika) bütün cəmiyyətlər üçün ən aktual məsələlərdən hesab edilir.

Rakus.az xəbər verir ki, əgər hesab edirsinizsə ki, bu, yalnız müsəlman ölkələrində, şərqdə aktualdır, yanılırsınız. Araşdırma zamanı məlum olub ki, qərbin ən inkişaf etmiş ölkələrində belə bakirəliyin bərpası ilə bağlı xeyli müraciət olur. Qadınlar dini, etik, əxlaqi və psixoloji səbəblərdən bakirəliklərini bərpa etdirirlər. Keçmiş SSRİ şəhərləri arasında isə bakirəliyin uzun müddətli bərpası ilə məşğul olan ən məşhur həkimlər Sankt-Peterburqda fəaliyyət göstərirlər.

Əməliyyat metodları

Əvvəlcə onu deyək ki, bakirəlik iki cür bərpa olunur:

1. Qısa müddət üçün

2. Uzun müddət üçün

Müraciətdə bakirəliyin yaxın 7-10 gün ərzində bərpasını tələb edilirsə, qısa müddət üçün nəzərdə tutulan metoddan istifadə olunur. Bu zaman, sadəcə, pozulmuş bakirəlik pərdəsinin kənarlarını birləşdirib tikirlər. Pərdə olduqca incə olduğundan, oraya atılan tikişlər tutmaya bilər. Bu zaman həkimlər vaginal divardan alınan kiçik hissələr hesabına onu cinsi əlaqə zamanı qanaya biləcək formaya salırlar. Ümumiyyətlə, himenoplastikanın əsas məqsədi əlaqə zamanı vaginada qanamanı təmin etməkdir. Yəni bu, tibbi cəhətdən mümkündür. Bu əməliyyat yerli və ümumi keyitmə ilə də aparıla bilər.

Həkimlər bildirir ki, nikah öncəsi qızlıq pərdəsinin bərpası üçün ən uyğun vaxt, əlaqədən 2-3 gün öncə hesab olunur. Çünki tikilən pərdə yalnız 2-3 gün ərzində orqanizmə uyğunlaşır və əlaqə zamanı qanayacaq hala gəlir. Bir müddət sonra isə effektini itirir. Uzun müddətli himenoplastikada isə müalicə uzun müddət aparılır, vaginanın giriş toxuması hesabına pərdənin bütövlüyünün bərpası nəzərdə tutulur. Bu, bir qədər çətin əməliyyatdır və ümumi narkozdan istifadə edilir. Əməliyyat nəticəsində bakirəlik pərdəsini bərpa etmək mümkün olur. Lakin əməliyyatın nəticəsini görmək üçün 1 aydan 3 aya kimi gözləmək lazımdır. Hər orqanizmdə müxtəlif müddətdə bərpa gedə bilər.

Göstərişlər və əks göstərişlər

Himenoplastikanın yeganə göstərişi yalnız pasiyentin arzusudur. Əks göstərişlər isə qan laxtalanması, ruhi və müxtəlif orqanların ümumi ciddi xəstəlikləri ola bilər. Bütün hallarda əməliyyatdan əvvəl pasiyent ciddi müayinə edilməlidir.

HİV, sifilis, hepatit B və C üçün qan testləri və vaginadan yaxma götürülür. Eyni zamanda pasiyentin ürəyi də müayinə olunur. Ümumi narkozun hər hansı fəsad yaratmaması üçün əlavə yoxlamalar da təyin edilə bilər.

Əməliyyatın xüsusiyyətləri

Himenoplastika növbəti menstruasiyaya 4-5 gün qalmış həyata keçirilir. Ən ideal vaxt isə iki menstruasiyanın ortasıdır. Həkimlərin sözlərinə görə, bu müddət gec olmamalıdır, yoxsa heç bir nəticə əldə edilməz. Əməliyyatdan sonra isə mütləq 3 saata kimi klinikada müşahidə altında qalmaq lazımdır.

Psixoloji səbəblər

Həkimlər bildirir ki, bəzi qadınlar, ailə quracağı kişidən və ya yeni sevgilisindən cinsi təcrübələrini gizlətməyə çalışırlar. Bəziləri isə partnyoruna, sadəcə, yeni duyğular yaşatmaq istəyir, intim həyatlarına bir az müxtəliflik, fantaziya qatmaq arzusundadırlar.

Bildirildiyinə görə, bəzi qadınlarda isə psixoloji durum elə vəziyyətdə olur ki, keçmiş intim həyatları ilə gələcək arasında görünməz xətt çəkmək üçün bunu edirlər. Hətta qadınlar var ki, həkimlə söhbətlərində bildiriblər ki, psixoloji problemlərini bu yolla daha rahat həll etdiklərini düşünürlər. Onların açıqlamasına görə, bu əməliyyat uzun-uzun psixoloq yanına getməkdən daha effektlidir.

Araşdırmalar nəticəsində o məlum oldu ki, himenoplastikaya müraciət edənlər arasında zəngin ərəb qadınları üstünlük təşkil edirlər. Onlar daha çox bakirəliyin uzun müddətli bərpasını istəyirlər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO