Bunları bilirsinizmi?
Uşaqların 40 faizi diş məcunundan həddindən artıq istifadə edir.
Rakus.az xəbər verir ki, bu da dişlərə mənfi təsir göstərir.
Bəs, Uşaqların dişlərində ləkələr niyə yaranır?
ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin (CDC) tədqiqatçılar 3-15 yaş arası övladları olan 5000-dən çox valideyn arasında sorğu keçiriblər. Nəticədə məlum olub ki, 3-6 yaş arası uşaqların təxminən 40%-i qədərindən artıq diş məcunundan istifadə ediblər. Yəni, məcun fırçanı tam və ya yarısına qədər əhatə edib.
Elm adamları tövsiyə edirlər ki, azyaşlı uşaqlar dişlərini yuyarkən, fırçanın üzərinə noxud ölçüsündə məcun sıxsınlar. Mütəxəssislərin söylədiyinə görə, uşaq diş məcunları dadalı və xoş iyli olduğu üçün balacalar onlardan daha çox istifadə etmək istəyirlər.
Lakin dişlərin formalaşması dövründə həddindən artıq miqdarda ftordan istifadə zərərlidir və flüorozun əmələ gəlməsinə səbəb ola bilər. Flüoroz sərt toxumaların inkişafının sistem pozulmaları olub, tərkibində yüksək miqdarda ftor olan su və ərzaqların daxilə qəbul edilməsi zamanı inkişaf edir. Nəticədə dişlər üzərində ləkələr əmələ gəlir. Bu xəstəliyə el arasında “çilli dişlər” də deyilir.
Lakin diş məcunlarının hamısının tərkibində ftor olmur.