Bunları bilirsinizmi?
Avstraliya 2007-ci ildən qız uşaqlarına insan papilloması virusuna qarşı İPV vaksinasiyası tətbiq edən ilk ölkədir.
Hazırda Avstraliyada hər 100 min nəfərdən 7-də bu xəstəliyə rast gəlinir.
Uşaqlıq boynu xərçəngi bədxassəli şişdir. Xəstəliyin inkişaf etməsinə əsas səbəb kimi insan papilloması virusu (İPV) göstərilir. Uşaqlıq boynu hüceyrələrində uzun müddət yaşayan bu viruslar həmin hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlıq boynu xərçənginin qadınlarda tez-tez rast gəlinən onkoloji xəstəlik olduğunu açıqlayıb.
Rakus.az 2019-cu il sentyabrın 1-dən etibarən yeni rubrika ilə oxucuların görüşünə gəlib. “Bunları bilirsinizmi?” başlıqlı xəbərlərdə insan sağlamlığı ilə bağlı araşdırmalar, tibbi sektora aid yeniliklər, eləcə də bir çox xəstəliklərin xüsusiyəti, müalicəsi üçün tövsiyələr, məsləhətlər, həmçinin tətbiq olunan metod və üsullar barədə dolğun məlumat verməkdir. İnformasiyalar yerli və xarici mətbuatdan, səhiyyə üzrə ekspert və mütəxəssislərdən əldə olunur.