Bunları bilirsinizmi?
Qaraciyər orqanizmin bir çox funksiyalarını həyata keçirən ən vacib orqanlarımızdan biridir.
Rakus.az xəbər verir ki, qaraciyərdə hər hansı dəyişiklik, çatışmazlıq bədənimizdə müxtəlif əlamətlərlə özünü büruzə verir.
Həmin əlamətlər hansılardır?
Dərinin və gözlərin saralması
Sizdə bu simptom müşahidə olunursa, bu, qaraciyərinizdə ciddi problemin olmasına işarədir. Dərinin, gözün ağının, burun ifrazatının saralması qaraciyər hüceyrələrinin bilirubin xaric etmə funksiyasının pozulmasına, qanda bilirubin miqdarının çoxalmasına işarədir.
Yorğunluq
Bu hal fiziki və zehni enerji əskikliyi ilə xarakterizə olunur. Belə bir halın bütünlükdə gün boyunca davam etməsi qaraciyərlə bağlı problemin olduğundan şübhələnməyə əsas verir.
Qarında şişkinlik
Qarında şişkinlik ağrıya səbəb olan, narahatlıq yaradan simptomlardan biridir. Bu, qarın bölgəsində maye toplandığı hallarda ortaya çıxır. Maye toplanmasının digər göstəricisi isə ayaqlarda, topuqlarda şişin yaranmasıdır.
Qarında şişkinlik varsa, bu, iştahasızlıq və arıqlamaq kimi hallara da səbəb olur. Şişkinlik çoxdursa bu zaman iştahasızlıq yaranır, yemək yeməyə ehtiyac duyulmur.
Dəridə yaranan damar çatları
Sinədə, əllərdə, boyunda, üzdə zərif damar çatları yaranıbsa, bunların qaraciyər xəstəliyinin əlaməti olması mümkündür.
Bədəndə yaranan göy ləkələrin də qaraciyərdəki problemlərə bağlı olduğunu deməyə əsas var. Göy ləkələr qaraciyərdə zülal sintezinin dayanması, yaxud da yavaşlaması və bunun nəticəsində qanda tromblaşma yaranması kimi haldan xəbər verir.
Sidiyin tünd rəngdə olması
Sidiyin qəhvəyi, tünd narıncı, kəhraba rənginə çalması qaraciyərdə problem yarandığına işarədir. Bu, qaraciyərin bilirubini parçalaya bilməməsi, qanda bilirubin miqdarının artması səbəbindən ortaya çıxır.
Qaraciyərdə narahatlıq yarandığını göstərən digər əlamət qaşıntıdır. Qaraciyərdə problem varsa, bədəndə lokal qaşıntı sahələri də yarana bilər.